Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda erməni kilsəsi var, lakin… – Qurbanlı

Tarix: 25-10-2018 22:35     Baxış: 3275 A- / A+
Bakıda erməni kilsəsi var, lakin… – Qurbanlı


Azərbaycanda dinlərarası tolerantlığın kökündə ilk növbədə ölkəmizin keçdiyi tarixi yol, Azərbaycan xalqının metalitetini və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət durur.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan dini tolerantlıq mövzusunda çıxışı zamanı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan xalqının formalaşdığı bu areal müxtəlif dinlərin, mədəniyyətlərin təmas nöqtəsi olub:

“Azərbaycan xalqı Qafqazın sayca ütünlük təşkil edən xalqdır. Eyni zamanda burada daimi yaşayan xalqdır. Qafqazda, zərdüştlük, tanrıçılıq, xristianlıq, yəhudilik təşəkkül tapıb. Birgəyaşayış tarixən formalaşdığına görə zorakı metoda əl atılmadan ölkəmizdə müxtəlif xalqlar bir-birinə alışıblar. Azərbaycan xalqının yaşayış mühiti, alicənablıq, qonaqpərvərlik milli dəyərləri nəsildən-nəslə ötürülüb. Bu gün də Azərbaycan ailəsi nə dini, nə etnik baxımdan öz övladını başqa dinə və xalqa qarşı nifrət ruhunda tərbiyə etmir. Ermənistan ölkəmizə təcavüz edib, ərazimizi işğal edib, lakin bu gün Bakıda erməni kilsəsi var, Azərbaycan xalqı da buna tolerant yanaşır. Tolerantlığın üçüncü şərti dövlət siyasətidir. Azərbaycan Xalq Cümhuriyyətində də bu ənənə var idi, Sovet dövründə kommunist təsiri altında olsaq da, xalqın ənənələri sıradan çıxmamışdı, bu gün dünyəvilik Azərbaycanda dinlərarasında bərabərliyin təsbitidir”.

M.Qurbanlı bildirib ki, əhalinin 96 faizi müsəlman olsa da, konstitusiyada Azərbaycanın dini mənsubiyyəti yazılmayıb:


“Konstitusiya dinlər arasında fərq qoymur. Dövlətin dini icmalara yardımında bərabərlik müşahidə edilir. Azərbaycanda sinaqoqları da, katolik kilsəsini də dövlət tikir. Prezident İlham Əliyev tolerantlıq siyasətini uğurla davam etdirir. Ona görə ölkəmizdə 843 dini icmanın 31-I qeyri-müsəlman icmasıdır və icmalararasında həmrəylik var. Azərbaycanın tolerant mühiti dünya üçün nümunə olduğunu deməyə haqqımız var”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar