Xəbər lenti
Leyla Şıxlinskaya 2 milyon manat tələb edir
Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasından külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Manevr.az trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, zərərçəkmiş Leyla Şıxlinskaya ona dəymiş 56 min manat ziyanı yenə qəbul etməyib və təqsirləndirilən şəxslərdən 2 milyon manat tələb edir. Vəkil zərərlə bağlı əlavə ekpertizanın keçirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib və cinayət işi əlavə ekspertizaya göndərilib.
Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır. Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdi. Bu ittiham Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar