Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Yumurta defisitinin səbəbi odur ki, ölkədə böyük quş qırğını oldu və bunu da gizlətdilər"

Tarix: 25-10-2018 19:48     Baxış: 3316 A- / A+
"Yumurta defisitinin səbəbi odur ki, ölkədə böyük quş qırğını oldu və bunu da gizlətdilər"

Bir neçə gündür ki, vətəndaşlar mağazalardakı yumurta qıtlığı ilə bağlı şikayət edirlər. Vətəndaşlar bildirirlər ki, mağazalarda ya yumurta olmur, ya da gün ərzində az sayda satışa çıxarılan yumurtalar bir neçə saatın içində satılıb qurtarır. İkinci bir məsələ isə mağazalarda ümumiyyətlə kənd yumurtasının olmamasıdır.

Manevr.az xəbər verir ki, moderator.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün axşam saatlarında bir neçə mağazadan yumurta olub-olmamasını soruşub. Satıcıların bir neçəsi gündüz vaxtı mağazaya gətirilən yumurtaların satıldığını bildirib. Digərləri isə ümumiyyətlə mağazaya bir neçə gündür ki, yumurta gətirilmədiyini bildiriblər. Satıcılar əməkdaşımıza cavablarında isə bunun səbəbini bilmədiklərini deyiblər.

Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. E.Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, bu gün ölkədə yumurta defisiti var:

“Ölkədə bu gün yumurta defisiti var. Bunun səbəbi odur ki, ölkədə böyük quş qırğını oldu və bunu da cəmiyyətdən gizlətdilər. İkinci səbəb isə quş yemlərinin qiymətinin bahalaşmasıdır. Bununla yanaşı əhalinin tələbatında da artım var. Bu yaxında Qusarda yumurtanın bir ədədinin qiymətini 35 qəpiyə gördüm və məttəl qaldım. Kənd toyuqlarının bu saat az yumurtayan vaxtıdır və ona görə də kənd yumurtasını da mağazalardan əldə etmək çətinləşib”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar