Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Keçmiş deputatlığa namizədin həbsi tələb edildi

Tarix: 24-10-2018 20:40     Baxış: 2235 A- / A+
Keçmiş deputatlığa namizədin həbsi tələb edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Ağaevli və Fuad Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Manevr.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, çıxışında hər iki şəxsin məhkəmə iclas zalında həbs olunmaqla, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 31-dək təxirə salınıb.

Xatırladaq ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Hər iki təqsirləndirilən şəxs ona qarşı 500 min manata yaxın dələduzluq etməkdə ittiham olunur.

Qeyd edək ki, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

O, 2013-cü ildə “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb. Məlumata görə, Ə.Ağaevli Əli Hacı imzası ilə şeirlər yazan sufi şairdir.

Hər iki təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməyib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar