Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Uşaqlar vaxtından əvvəl ayılırlar” – Məktəblərdə cinsi tərbiyə dərsləri keçiriləcək – VİDEO

Tarix: 23-10-2018 13:54     Baxış: 3281 A- / A+
“Uşaqlar vaxtından əvvəl ayılırlar” – Məktəblərdə cinsi tərbiyə dərsləri keçiriləcək – VİDEO



Azərbaycanda məktəblərdə cinsi tərbiyyə dərsi tədris olunacaq. Artıq dərs vəsaitinin ilkin versiyası da hazırdır. Dərsin keçirilməsində məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır.


ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Pedaqoq Fərrux Rüstəmov deyir ki, bu tədris vəsaiti cinslər arasındakı gərginlikləri aradan qaldıra bilər.

Fərrux Rüstəmov - Təhsil eksperti: “Biz bunun fizioloji, biloji tərəflərini yox, pedoqoji hissəsini tətbiq etməliyik. Şagirdlər bir-birini necə dərk etsinlər. Düzgün münasibət qurmaq lazımdır”.

Cinsi tərbiyənin həm də psixoloji tərəfi var. Məhz buna görə də, bu dərsliyi tədris edən müəllimlərin də üzərinə böyük yük düşür.

İlhamə Musaqızı – Psixoloq: “Biz bunu məktəbdə öyrətməliyik. Müəllim hərtərəfli olmalıdır. Müəllim pedaqoq olmalıdır, dost olmalıdır, psixoloq olmalıdır”.

Amma apardığımız sorğuya əsasən deyə bilərki ki, bu dərsin tədrisi ilə bağlı valideynlər arasında zidiyyətli fikirlər var.

Sakin: “Bəyənmədiyim odur ki, uşaqlar vaxtından əvvəl ayılırlar”.

Sakin: “Çox ağıllı fikirdir. Təsdiq olunub, həyata keçirilsə sevinərik”.

Təklifə əsasən, tədris vəsaiti “Biologiya” və “Həyat bilgisi” müəllimləri tərəfindən dərs kimi keçirilə bilər. Bu məsələdə həm pedaqoqun həm də ailənin üzərinə müəyyən yük düşür. Ekspertlər deyir ki, mental dəyərləri keçə bilsək, bu dərsliyin müsbət təsiri ola bilər.

Fərrux Rüstəmov - Təhsil eksperti: “Burada söhbət hansısa intim münasibətdən getmir. Burada söhbət qızla oglanın əxlaqı münasibətindən gedir. Biz qızlar üçün ideal oğlan, oğlanlar üçün ideal qız obrazı yaratmalıyıq. Əxlaqı ilə, sevgisi ilə nümunə olmalıdır”.

İlhamə Musaqızı – Psixoloq: “Şagirdlərimiz var ki, məktəbdə o vəsaiti oxumur, evdə o vəsiti oxumur. Bu kimi hallar olduqda o uşaq o vəsatin nə olacağını bilməyəcək”.

6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saatın ayrılması nəzərdə tutulub. Kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə təqdim olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar