Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı – FOTO

Tarix: 23-10-2018 07:10     Baxış: 3193 A- / A+
Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı – FOTO


Bakıda məktəbin zirzəmisində hərbi sursat aşkar olunub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən (ANAMA) oxu.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Bu məlumat əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Yasamal rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə 175 saylı tam orta məktəbin zirzəmisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı – FOTO

Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı – FOTO

Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı – FOTO

Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı – FOTO

Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı – FOTO

Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı – FOTO



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar