Xəbər lenti
Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün qızı oldu - Gövhərli "Mucize aşk" - FOTO
Mərhum aktrisa Xanım Qafarovanın qızı özünü aktrisa kimi sınamağa başlayıb.
Mərhum aktrisa Xanım Qafarovanın oktyabrın 21-də Türkiyəyə gedən qızı Gövhər artıq rol alacağı filmin çəkiliş meydançasındadır. "Mucize 2" və ya "Mucize aşk" adlı filmin əsas rollarından birinə çəkilən Gövhər Qars vilayətindən gələn Mahsun Kırmızıgülün qızı obrazını canlandıracaq.
Hazırda çəklişlər İzmirin Foça rayonunda aparılır. Orada Gövhərə şəxsən başda Mahsun Kırmızıgülün özü olmaqla çox böyük dəstək və qayğı göstərilir. Mahsun Kırmızıgülün özü isə Gövhərin yanından bir dəqiqə belə ayrılmır.
Qeyd edək ki, balaca Gövhərin "Mucize aşk" filmində çəkilməsi "Palmali" Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimovun xahişi ilə baş tutub.
İş adamı Gövhərin filmə çəkilmək arzusundan xəbərdar olduqdan sonra bu addımı atıb. Mübariz Mənsimovun özü şəxsən tez-tez zəng edərək Gövhərin halı, çəkilişlərin gedişi ilə maraqlanır.
Buradakı çəkilişlərin təxminən 1 həftə davam edəcəyi planlaşdırılır. Lakin ehtiyac yaranarsa, bu müddət bir qədər uzana da bilər.
Xatırladaq ki, 2014-cü ildə ərsəyə gətirilən "Mucize" filmi Türkiyədə, Avropada, eləcə də Azərbaycanda çox böyük böyük populyarlıq qazanıb. Bunu nəzərə alaraq "Mucize 2"nin çəkilməsinə qərar verilib.
Qeyd edək ki, senaristi və rejissoru Mahsun Kırmızıgül olan "Mucize" çəkilişləri İzmirin Foça bölgəsində və Qarsın Kağızman kəndində aparılmışdı.
"Mucize 2"nin 2019-cu ilin martından etibarən kinoteatrlarda nümayişlərinə başlanacaq./milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar