Xəbər lenti
"Rüfət Aslanlının bu boyda talançılığı cəzasız qalsa..."
Ölkə başçısı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlını ayın əvvəlində vəzifəsindən azad etdi. İndi mətbuat R.Aslanlının Fransada çoxmilyonlu milkiyyətinin aşkar edildiyini yazır.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev moderator.az-a açıqlamasında bildirdi ki, R.Aslanlının özü həbs edilməlidir, əmlakı isə müsadirə edilərək aztəminatlı ailələrin yaşayışının yaxşılaşdırılmasına sərf edilməlidir:
“On illərdir deyirəm ki, ölkənin sərvətlərini vicdanlarını itirimiş məmurlar talan edirlər. Rüfət Aslanlının xəyanətkarlığı ilə bağlı 4-5 il öncə deyəndə, bəzi dostlarımız xahiş etdilər ki, bunları deməyim. Amma çox təəssüf ki, dediklərim bu gün öz təsdiqini tapır. Bu da ona görə belə olur ki, ölkə başçısı həyatımdan artıq çox istədiyim insandır və görün o, nə qədər bu cür əliəyri, şəxsiyyətin itirmiş adamlara hümanistlik göstərib və onlar da bundan xəyanətkarcasına istifadə ediblər. R.Aslanlının milliyyəti qarışıqdır, bunu neçə il öncə demişəm, nənəsi ermənidir. Amma R.Aslanlı gərək ölkə başçısının ona göstərdiyi etimaddan bu dəcədə sui-istifadə etməyəydi. Gedib Fransada üzüm bağları, ən bahalı evləri alanda, özünə şərab zavodu tikdirəndə bunu bizim bəzi hüquq-mühafizə orqanları bilmirdimi?! Amma mən bunu 4-5 il öncə demişdim. Devalvasiya zamanı neçə milyardlar qazandı və bu gün də millətin ah-naləsi yerə-göyə sığmır. O, xüsusi tapşırıq almış adam idi, eyş-işrət içində yaşayırdı və özünə əlli min maaş yazırdı. O, kimdir ki, özünə Fransada şərab zavodu açıb və qohumluğu olan ermənilər arasında təbliğat aparır ki, gələcəkdə Azərbaycanın prezidenti mən olacam. O, ölkə başçısına qarşı xəyanət edir. Bir R.Aslanlı deyil ki, əksəriyyəti belədir.
Təcili olaraq hüquq-mühafizə orqanları R.Aslanlını həbs etməlidirlər. Onun Bakıda olan villalarını, evlərini aşkar edərək soruşsunlar görək bu qədər əmlakı o, hansı pullarla əldə edib. R.Aslanlının əmlakı müsadirə edildikdən sonra həmin pullar məcburi köçkünlərimizə, aztəminatlı ailələrə və şəhid ailələrinə verilsin. Bir neçə il öncə təyyarəylə Gəncəyə gedərkən onun tərbiyyəsizliyinin şahidi oldum. O, dövlət nümayəndəsi olan ağsaqqal adamı yerindən qaldırdı ki, dur, burda mən oturacam. Bu məsələləri gündəmə gətirməklə bu günə kimi özümə düşmən qazanmışam. Bunların hamısı gedib xaricdə Azərbaycanın əleyhinə çıxış edən adamlarla birləşib ölkə başçısının əleyhinə təbliğat aparırlar.
R.Aslanlının bu boyda talançılıq etməsi cəzasız qalsa, xalqda çox böyük ümid qırıqlığı əmələ gələcək. Bu gün hökümətə milli qüruru olan, ölkə başçısına sədaqəti olan insanlar gətirilməlidir. Ölkə başçısı əhalinin xeyrinə sərəncam verir, amma o millətə çatmır. R.Aslanlılar və digərləri xalqla ölkə başçısı arasında böyük bir uçurum yaradırlar. R.Aslanlı haqqında və “Qaçqınkom”un sabiq sədri haqqında neçə illər öncə açıqlamalar verəndə bəlkə düşünürdülər ki, mənim onlardan umacağım var, qətiyyən. Qaçqın şəhərciklərində qaçqından başqa o adam yoxdur ki, evi olmasın. Vəzifəsindən çıxanların hamısı tərtəmiz getdi? Biri qırx milyard oğurladı getdi və indi də xaricdə komadayam deyib şaiyə yayır. Z.Məmmədov Türkiyədə əlli beş milyon qiyməti olan telekanal açıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar