Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana keçməyə cəhd edən erməni psixi xəstədir? - FOTO

Tarix: 20-10-2018 14:45     Baxış: 5326 A- / A+
Azərbaycana keçməyə cəhd edən erməni psixi xəstədir? - FOTO


Azərbaycana keçməyə cəhd edən şəxs Sevan Psixiatriya xəstəxanasına yerləşdirilib.

Manevr.az ordu.az-a istinadən xəbər verir ki, 2018-ci il iyulun 12-dən etibarən Tavuş vilayət məhkəməsində Berd rayon Verin Karmiraxpyur kənd sakini Qevork Levonoviç Çobanyanın məhkəmə prosesi davam edir.

O, 1 may 2018-ci il saat 09:00 radələrində Nerkin Karmiraxpyur kəndinin qarşısında yerləşən Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinin müdafiə zolağından Azərbaycan sərhəddinə keçməyə cəhd göstərib.

Ermənistan cinayət məcəlləsinin müvafiq maddəsi ilə ona qarşı 100-200 min dram və ya 3 il müddətinə azadlıqdan mərhum etmə cəzası verilə bilər.

Məlumata görə, 1991-ci ildə orta məktəbi bitirdikdən sonra Rusiyanın Ryazan şəhərində hərbi məktəbə qəbul olub və uzun müddət Qazaxıstanda yaşayıb. Onun Ermənistan və Qazaxıstan olmaqla ikili vətəndaşlığı var.

Çobanyan bir ay yarım əvvəl anası yaşayan doğma kəndinə qayıdıb. Valideynləri çoxdan boşanan Çobanyanın atası Rusiyada yaşayır. İyulun 1-də anası qonşulara müraciət edərək, oğlu Qevork Çobanyanın özünü aqresiv apardığını, evin əşyalarını sındırdığını bildirib.

Qeyd edək ki, Çobanyanın cinayət işi ilə bağlı son məhkəmə iclası sentyabrın 11-də keçirilib. Verin Karmiraxpyur kənd icra rəhbəri Kamo Çobanyan bildirib ki, Qevork Çobanyan hazırda Sevan Psixiatriya xəstəxanasına yerləşdirilib.

Azərbaycana keçməyə cəhd edən erməni psixi xəstədir? - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar