Xəbər lenti
Son 9 ayda Azərbaycanda dəmir yolu nəqliyyatından istifadə edənlərin STATİSTİKASI göstərir ki...
Son 9 ay ərzində Azərbaycanda dəmir yolu nəqliyyatından 2 milyondan çox sərnişin istifadə edib.
Manevr.az xəbər verir ki, bunu trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
O bildirib ki, bu statistika beynəlxalq və yerli istiqamətlər üzrədir: "Cari ilin 9 ayı ərzində beynəlxalq və yerli istiqamətdə 2 022 628 sərnişin daşınıb. Bunun 151 665 nəfəri beynəlxalq istiqamətdə, 660 408 nəfəri ölkədaxili, 1 210 555 nəfər isə şəhərətrafı istiqamətdə daşınıb".
S.Qədirovanın sözlərinə görə, sərnişinlər onlayn satış üzrə də əməliyyatlardan faydalanır: “53 205 sərnişin onlayn bilet satışı sistemindən yararlanıb".
Qeyd edək ki, Bakıdan beynəlxalq istiqamətlər üzrə qatarlar Tbilisi, Moskva, Kiyev və Rostova hərəkət edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar