Xəbər lenti
“Parlament seçkiləri yeni gərginliklərə səbəb olacaq” - PROQNOZ
Tofiq Zülfüqarov: “Hazırda Koçaryanın tərəfdarlarının formalaşması prosesi gedir”
Ermənistanda yaxınlaşmaqda olan parlament seçkiləri yalnız düşmən ölkədə deyil, Azərbaycanda da əsas müzakirə predmetlərindən birinə çevrilib. Xüsusilə də parlament seçkiləri ərəfəsində Ermənistanda daxili qarşıdurma və gərginliyin artması ehtimalı yüksək hesab edilir ki, bu da rəsmi İrəvan üçün yeni problemlər deməkdir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənsitandakı bölünmənin yalnız siyasi deyil, həm də iqtisadi-regional müstəviləri əhatə etdiyinə diqqət çəkdi:
“Ermənistanın siyasi həyatında bəlli bir müddətdir ki, gərginlik var. Bu, hər kəsə bəllidir. Ermənistana iki qruplaşma arasında qarşıdurma mövcuddur və bu qarşıdurma bütün toplumu bölüb. Sözügedən bölünmə həm siyasi, həm iqtisadi, həm də regional bölünmədir. Bu baxımdan gərginlik üçün ciddi əsaslar var.
Qarşıdan gələn parlament seçkiləri də növbəti gərginliyə səbəb olacaq. Bu seçkilər tərəflər arasında siyasi mübarizənin davam etməsinə stimul verəcək.
Koçaryan vuruğulayıb ki, siyasi partiya yaratmaq istiqamətində müəyyən addımlar atmaqdadır. Görünən odur ki, Koçaryanın tərəfdarlarının formalaşması, nizamlanması prosesi gedir və bu proses parlament seçkilərində də özünü göstərəcək”. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar