Xəbər lenti
Azərbaycanın dövlət məmuru Fransada hektarlarla torpaq alıb
Rüfət Aslanlının Fransada çoxmilyonlu mülkiyyətini aşkar edib.
Manevr.az xəbər verir ki, virtualaz.org-un araşdırma qrupu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri və Maliyyə Bazarlarına Nəzarət Palatanın sabiq başçısı Rüfət Aslanlının Fransada çoxmilyonlu mülkiyyətini aşkar edib.
R.Aslanlı dövlət qulluğunda işlədiyi dövrdə elit şərab istehsalı ilə məşğul olub. Məmur Fransada Jironda vadisində, Qaronna çayının kənarında üzümlüklər və bahalı torpaq sahələri alıb. Rüfət Aslanlının Fransanın cənub-qərbində enoloqların və dequstatorların daimi ştatda olduğu üzümlükləri və müasir çaxır zavodu var.
Fransada istehsal edilən şərabların vahid reyestrində göstərilir ki, Rüfət Aslanlının çaxır zavodu Maison d'Aslanli Bordeaux markası altında Cabernet Sauvignon, Cabernet Franc və Merlot şərabları buraxır (mənbəyə baxın - https:/ / www.vivino.com/maison - d-aslanli - bordeaux-bordeaux - red-wine - v-9nudy / w/5692372). Özü də ekspertlər Rüfət Aslanlının nəfis şərablarını mütləq qızardılmış mal, maral və vəhşi quş əti ilə içməyi məsləhət görürlər.
Maraqlıdır ki, Rüfət Aslanlının şərabları açıq satışda yoxdur. Bu, onların yalnız çox yüksək qiymətə olduğuna dəlalət edir və bu səbəbdən də fərdi sifarişlər əsasında yayılır.
Qeyd edək ki, bir müddət əvvəl R.Aslanlı ölkə rəhbərliyinin qərarı ilə tutduğu yüksək vəzifədən kənarlaşdırılıb. Virtualaz.org-un mənbələrinin məlumatına görə, hökumət maliyyə bazarlarının və ölkə bank sisteminin sabitliyi üçün məsuliyyət daşıyan Palata başçısının korrupsiya fəaliyyətinə şahidlik edən təkzibedilməz sübutlar əldə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar