Xəbər lenti
ŞAD XƏBƏR! Azərbaycanda pensiyalar artacaq: büdcə artırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə büdcəsi üçün nəzərdə tutulan vəsaitin həcmi məlum olub.
Manevr.az azxeber.com-a istinadla xəbər verir ki, gəlir və xərcləri əks etdirən rəqəmlər "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.
Sənəddə qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə büdcə gəlir və xərcləri üçün 3 milyard 928 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Xatırladaq ki, DSMF-nun 2018-ci il büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578,76 mln. manat məbləğində təsdiq edilmişdi.
Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait əsasən pensiya, müavinət və təqaüdlərin ödənilməsinə xərclənir.
Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında", " 2019-cu il üçün yaşayış minimumu haqqında", "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























