Xəbər lenti
Cavid Qurbanov medalla təltif edildi - Moskvada/FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 69-cu iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, tədbirdə QSC sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
İclasda aşağıdakı məsələlər müzakirə olunub: Şuranın 68-ci iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2018-ci ilin doqquz ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2018-ci ilin doqquz ayı ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018-2019-cu illər üçün beynəlxalq istiqamətdə qatarların hərəkət cədvəlinin tərtibi, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı haqqında; 2018-ci ilin may ayında yük qatarlarının siyahıyaalınmasının nəticələri və 2018-ci ilin sentyabr ayında konteynerlərin siyahıyaalınmasının ilkin nəticələri haqqında; 2018-ci ilin səkkiz ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; 2019-cu fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti haqqında; Dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı haqqında; 2019-cu il üçün dəmir yolu nəqliyyatı şurası müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası haqqında; “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2019-cu il üçün xərclər smetası haqqında; 2019-cu ildə “Fəxri dəmiryolçu” döş nişanının paylaşdırılması haqqında və Şuranın 70-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.
Tədbir çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin yaranmasının 15 illiyi ilə əlaqədar yubiley xatirə medalı ilə təltif olunub. Xatirə medalını “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov təqdim edib.
İclasın sonunda yekun protokolu imzalanıb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar