Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu avtomobillər problemə çevrilə bilər

Tarix: 18-10-2018 07:43     Baxış: 2192 A- / A+
Bu avtomobillər problemə çevrilə bilər

Avtomobil sənayesinin yeni trendləri sırasında olan sürücüsüz avtomobillər gələcəkdə nəqliyyatın müntəzəm hərəkətini təmin etməli və daha az tıxacların yaranmasına gətirib çıxarmalıdırlar. Lakin avstriyalı tədqiqatçıların apardığı simulyasiyalar bu məqsədin tam əks nəticə vermə ehtimalını ortaya çıxarıb.


Manevr.az
xəbər verir ki, Vyana Texniki Universitetinin Nəqliyyat elmləri institutunun bir qrup tədqiqatçısı 15 ildən artıqdır ki, nəqliyyat simulyasiyaları modelləri üzərində çalışırlar. Müasir tendensiyalar əsasında hazırlanmış modeldə 2030-cu ilədək nəqliyyat sistemində sürücüsüz avtomobillərin sürücülər tərəfindən idarə edilən avtomobillərdən sayca çox olacağı proqnozlaşdırılıb. Çünki sürücülük vəsiqəsi olmayan və ya bundan məhrum olan, avtomobil sürmək istəməyən və ya yetkinlik yaşına çatmayan şəxslər sürücüsüz avtomobildən istifadə etmək imkanı əldə edə biləcəklər. Belə olduğu təqdirdə alimlər müəyyən ediblər ki, nizamlayıcı tədbirlər görülməyəcəyi təqdirdə, ictimai nəqliyyatdan daha az istifadə edilməsi və nəqliyyat sistemindəki avtomobillərin sayının artması baş verə bilər. Bu isə öz növbəsində ictimai nəqliyyatın cəlbediciliyini aşağı sala, nəqliyyatda tıxacları çoxalda bilər.

Alimlər bu ilin sonunadək Vyana nümunəsi əsasında öz konkret təkliflərini hazırlayaraq ictimaiyyətə təqdim edəcəklər. Layihənin məqsədi avtomobil dünyasının diqqətini ictimai nəqliyyat, müasir texnoloji imkanlar, nəqliyyat tıxacları və təhlükəsizlik məsələlərinə yönəltməkdir. (report)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar