Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Hakimiyyətdəki satqınlarla müxalifət adından bu xalqa sırınmış adamlar eyni mərkəzdən idarə olunur"

Tarix: 17-10-2018 18:09     Baxış: 2225 A- / A+
"Hakimiyyətdəki satqınlarla müxalifət adından bu xalqa sırınmış adamlar eyni mərkəzdən idarə olunur"

"Qarabağ məsələsi bizim ümummili məsələmizdir. Ona yanaşmamız da ümumilli maraqlar müstəvisində olmalıdır. Bu məsələdə heç bir siyasi ambisiya ola bilməz”.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O deyib ki, hansısa siyasi partiyanın öz maraqlarını güdməsi, bu məsələdən kənarda dayanması xəyanətdən başqa bir şey deyil:
"Diqqət yetirdinizsə, xarici qüvvələrə işləyən, müxalifət adını öz üzərlərinə götürən Milli Şura, AXCP, Müsavat Qarabağ mitinqinə dəstək vermirlər. Bunun da səbəbi var. Qarabağ münaqişəsinin həlli Azərbaycan dövlətinin qdrtələnməsi deməkdir. Bunu Avropa, Amerika istəmir. Elə ona görə də onlar buradakı əlaltılları olar Əli Kərimli, Cəmil Həsənli, Arif Hacıyev və bu kimi xəyanətkarlar vasitəsiylə camaatın başının altına yastıq qoyurlar. Bu qüvvələr Azərbaycanın yaralı yerinin olmasını istəyirlər ki, xarici qüvvələr ondan istifadə eləsinlər. Bu gün də Qarabağ münaqişəsinin bu şəkildə davam eləməsi onlara sərf edir. Bu saat onların marağında deyil ki, xalq qalxıb Qarabağı tələb eləsin. BP şirkəti Azərbaycanın sərvətindən milyardlar qazanır, üstəlik azərbaycanlı fəhlələrin əməyini istismar edir. Hər addımbaşı azərbaycanlıları aşağılamaq istəyirlər. Həmin təşkilatın bir qolu Əli Kərimliyə gedib çıxır. Hakimiyyətdəki bəzi məmurların əli Cəmil Həsənlinin, Əli Kərimlinin cibindən çıxır. Nə vaxt zakaz gəlirsa, bunlar ayağa qalxırlar.Bu adamlar heç vaxt istəməyiblər ki, xalq Qarabağı istəsin, Qarabağ məsələsi həllini tapsın. Bu gün vasitəçilik adı ilə başımızı qatan dövlətlər Əli Kərimli, Cəmil Həsənli və digərlərini himayə edirlər. Cəmil Həsənlinin mənsubiyyəti bəlli olan kürəkəni bp şirkətində çox böyük vəzifədədir. Yaxud Cəmil Həsənlinin qızının qaynatası bp-də maliyyə məsələlərinə baxan əsas adamlardandır. Həbsxanadan yeni çıxan İlqar Məmmədov. Bu adam həbsdə olanda elə şişirtmişdilər ki, guya azadlığa çıxanda dağı dağ üstə qoyacaq. Bir ay keçdi, indi də komandasının üzləri deyirlər ki, biz hələ təcrübə toplamalıyıq, sonra hakimiyyət uğrunda mübarizə apararıq. Niyə belə oldu? Çünki xaricdəki havadarları dedilər ki, nə vaxt biz desək, oz aman hərəkətə keçərsiz. Ona görə xahiş edirəm, bu adamları xalqa müxalifət kimi sıramayın”.
Partiya sədri deyir ki, hazırda xalqın problemlərindən danışan, konkret ünvanlı çıxışlar edən şəxs özüdür.

"Bu adamlar çalışırlar ki, prezidentə qarşı narazılıq yaratsınlar. Mən həmişə dövlət başçısını müdafiə etmişəm, bundan sonra ömrümün axırına qədər müdafiə edəcəm. Çünki hakimiyyətdəki satqınlarla müxalifət adından bu xalqa sırınmış adamlar eyni mərkəzdən idarə olunur. Elə ona görə də Qarabağ mitinqinə dəstək vermədilər. Amma bizim partiyadan ora 1500 nəfərdən çox adam getmişdi. Görəsən, nəyə görə mitinq təşkilatçılarından biri demədi ki, MMP də bizə dəstək verdi. Amma biz bu cür cılız hislərlə yaşamırıqı. Bu yolda bütün dəstəyimizi verəcəyik. Müxalifət bizik, hazırda sağlam qüvvələrlə danışıqlarımız da gedir. Onlar arxayın olmasınlar ki, xarici qüvvələrin əliylə hakimiyyətə gələ biləcəklər. Nə qədər ki mən varam, hakimiyyətin birinci şəxsini müdafiə edəcəyik. Çox təəsüf ki, mənə də ciddi təzyiqlər var. Mənə qarşı edilən terrorun da bir ucu müəyyən yerlərə gəlib çıxır. Hələlik heç nə demirəm, yəqin ki, araşdırma bitəndən sonra hər şeyi xalqa açacağıq”, - deyə müsahibimiz fikrini tamamlayıb. (mia.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar