Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sürüşmədən qaçanlar evləri bahalaşdıracaq? - Ekspert

Tarix: 17-10-2018 07:37     Baxış: 2181 A- / A+
Sürüşmədən qaçanlar evləri bahalaşdıracaq? - Ekspert

Son günlər Səbail rayonunda Badamdar 20-ci sahəni birləşdirən ərazidə sürüşmənin aktiv olması mənzil bazarında şayiələrin yaranmasına səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu ərazidə villalarını ucuz qiymətə satışa çıxaran çoxsaylı şəxslərin Bakının iki turizm qəsəbəsində - Mərdəkan və Buzovna istiqamətində evlər almasına səbəb olacağını bildirirlər. Ehtimal edilir ki, bu da həmin ərazidəki evlərin və villaların bahalaşmasına gətirib çıxaracaq.

Məsələ ilə bağlı axar.az-a açıqlama verən daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirib ki, tələbin artması ilə bağlı sözügedən ərazilərdə qiymət artımının olması həqiqəti əks etdirmir:

“Mərdəkanda, Buzovnada evlərin və villaların qiymət artımı məsələsi dəqiq məlumat deyil. Çünki bunun üçün müəyyən qədər, azı 1-2 ay tələbin təklifi üstələməsi lazımdır. Psixoloji məqamlar aradan qalxmalıdır. Üstəgəl, bir ərazidən uzaqlaşan insanların kompakt olaraq başqa bir əraziyə köçməsi inzibati metodlarla mümkündür. Açıq bazar şəraitində bu, ağlabatan deyil. Seçim imkanları, zövqlər fərqlidir. Ona görə də şayiələrin heç bir əsası yoxdur”.

Qeyd edək ki, sürüşmə ilə bağlı sözügedən əraziyə yaxın villa sahiblərinin əmlaklarının dəyər-dəyməzinə və təcili satışa çıxardığı bildirilir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar