Xəbər lenti
Kəlbəcərdə “Sidney” şəhərciyi salınacaq... -Avstraliya vətəndaşları tikdirir

Işğalçı Ermənistan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarının qanunsuz məskunlaşdırılmasına xüsusi diqqət yetirir.
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, bu, Xankəndindəki separatçı rejimə mənsub nəşrlərin yaydığı məlumatdan bəlli olur. Oktyabrın 15-də Livanda fəaliyyət göstərən “ARİ”(“Artsax Ruts İnvestment”) investisiya təşkilatının nümayəndələri qondarma separatçı rejimin “dövlət naziri” hesab edilən Qriqori Martirosyan adlı məxluqla görüşərək ona planlarından bəhs ediblər.
Əsasən xaricdən gəlmiş erməni iş adamları Laçının Zabux kəndi ərazisində salınan “Aqavno” qəsəbəsində yeni evlərin tikintisini davam etdirəcək. Artıq 2014-cü ildən bəri orada 50 ev tikilib və bir neçə aya daha 20 evin tikintisi haqda danışıqlar gedir. Bundan başqa, separatçı məmurlara Kəlbəcər rayon mərkəzi yaxınlığında 50 evin tikintisi barədə də sənədlər təqdim edilib. Yeni şəhərcik avstraliyalı ermənilərin dəstəyi ilə tikiləcəyindən adının “Sidney” qoyulması təklif edilib.
Görüşdə son illər “Şaumyan”(Kəlbəcər və Ağdərə rayonunun bir hissəsi) və “Kaşataq” (Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsi) “rayon”larında demoqrafik inkişafın baş verdiyi vurğulanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar