Xəbər lenti
Qadınları belə xoşbəxt etmək olar – 7 qızıl qayda
Zərif cinsin nümayəndələrini xoşbəxt etmək hamının düşündüyü kimi heç də çətin deyil. Bunun üçün nə bahalı hədiyyələr, nə çoxlu pul, nə də riskli, qeyri-adi addım atmaq lazımdır.
Manevr.az xəbər verir ki, bunu psixoloq Vəfa Əkbər deyib.
Onun sözlərinə görə, qadını xoşbəxt etməyin ilk qaydası yemək bişirməkdir:
“Kişilərin yemək bişirməsini istisna edən bir qayda yoxdur. Qadınlar ən asan yeməkləri belə ara-sıra bişirən kişilərin onlara nə qədər dəyər verdiklərini görürlər.
İkincisi, dinləməyi bacarmaq lazımdır. Qadınlar danışmağı sevirlər, bu, sirr deyil. Amma onlara yaxşı dinləyici də lazımdır. Qadınlar özlərinə yaxın bildikləri kişilərə hər şeyi detallarınadək anlatmağı sevirlər.
Qadınların tərifdən xoşu gəlir. Qüsursuz insan yoxdur və hər qadın Afrodita deyil. Amma hər qadının özünə xas xüsusiyyətləri var. Önəmli olan bu özəllikləri və gözəllikləri tapıb onu tərifləməyiniz, dəyər verdiyinizi göstərməyinizdir”.
Vəfa Əkbər qeyd edib ki, bir qadını axmaq yerinə qoymaq onu özündən çıxarmağın ən asan yoludur:
“Maraqlandığı işlərlə bağlı ona heç vaxt “sən anlamazsan” deməyin. Maraqlarına cavab verərməklə, öz maraqlarınız və iş öhdəliyinizi izah edə bilərsiz. Başqa bir tərəfdən tətil üçün yayı gözləmək lazım deyil. Ən az 2-3 aydan bir birlikdə harasa gedin. Birlikdə keçirilən qısa tətillər belə onun sizə olan inamını,sevgisini və hörmətini artırmağa kömək edəcək, ilboyu xoş xatirələrlə xoşbəxt olmasına yardım göstərəcək.
Qadının ailəsi ilə yaxşı davarnmaq lazımdır. Kişilər unutmamalıdırlar ki, onlardan əvvəl sevdikləri qadınların ailəsi, öz həyatı olub. Onun ailəsi ilə yaxşı münasibət qurmağa çalışmaq lazımdır.
Alış-veriş etməklə də qadınların ürəklərinə yol tapmaq olar. Qadın və alış-veriş – bu iki kəlmə ayrılmazdır. Onun bu işdən daha çox zövq alaraq xoşbəxt olmağını istəyirsinizsə, siz də səy göstərin. Qadınla birgə çıxdığınız alış-verişdən zövq almağın yollarını tapın və ona şikayət etməyin”.(teleqraf.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar