Xəbər lenti
Gürcüstanda azərbaycanlı qıza görə AKSİYA
Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında “Azərbaycanlı qızları müdafiə edin!” şüarı altında aksiya keçirilib.
Manevr.az “report”un yerli bürosuna istinadən xəbər verir ki, Gürcüstanın Qadınlar Hərəkatı tərəfindən təşkil olunmuş aksiyada oktyabrın 12-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində oğurlanmış 17 yaşlı azərbaycanlı qızın polis tərəfindən bu günə qədər tapılmamasına etiraz bildirilib.
Hərəkat üzvləri əllərində “Səbrimiz tükənib!”, “Qadın zorakılığına son qoyulsun!” şüarları tutublar.
Qadınlar Hərəkatının üzvü Baya Pataraya jurnalistlərə bildirib ki, qız qaçırılması Gürcüstanın Azərbaycan icması arasında geniş yayılıb:
“Polis bu cür halları araşdırmır. Qız evə qayıdandan sonra onun öz istəyi ilə qaçırıldığı bildirilir. Polis ailələr arasında məsələnin həll olunmasını gözləyir. Qızı qaçıran şəxs 5 min lari məbləğində cərimələnir. İcma qız qaçırılmasını cinayət əməli hesab etmir. Azərbaycanlı qızlar etnik və gender diskriminasiyasına məruz qalırlar. Biz buna etiraz edirik. Polisi oğurlanmış qızın yerini tezliklə müəyyən etməyə çağırırıq”.
O qeyd edib ki, azərbaycanlı qız yaxın günlərdə tapılmasa, Ləmbəli kəndində polis departamentinin binası qarşısında etiraz aksiyası təşkil olunacaq.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) oğurlanmış azərbaycanlı qızın axtarışları ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, faktla bağlı bir sıra istintaq tədbirləri həyata keçirilib və şahidlər dindirilib. DİN qızın yerinin müəyyən olunması üzrə intensiv əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar