Xəbər lenti
Narazı şəhid vərəsələri vaxtilə ödəmə alıblar - NAZİRLİKDƏN AÇIQLAMA
Əvvəllər birdəfəlik ödəməni almadıqlarını iddia edən bir qrup vərəsənin əslində bu ödəməni aldıqları sənədlər əsasında təsdiqini tapıb.
Manevr.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq, nazirlik tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə sənədlərin qəbulu prosesi davam etdirilir.
Bununla belə, Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən ötən dövrdə müvafiq şığorta ödənişi edilmiş və bu səbəbdən hazırda birdəfəlik ödəməni almaq hüququ olmayan vərəsələrdən bir qrupu indiyədək heç zaman sığorta ödənişi almadıqlarını iddia edərək ƏƏSMN-ə və digər bir çox instansiyalara, o cümlədən Milli Məclisə şikayət xarakterli müraciətlər edirlər. Nazirlik tərəfindən bütün bu müraciətlərin hər birinə diqqətlə yanaşılaraq qeydiyyata götürülməklə, aidiyyəti qurumlarla birgə müvafiq araşdırmalar həyata keçirilir.
Bir qrup şikayətçinin müraciətlərinin araşdırılması zamanı vərəsələri olduqları şəhid hərbi qulluqçulara görə onların indiyədək heç zaman sığorta ödənişi almadıqları barədə iddialarının əsassız olduğu müəyyən edilib. Belə ki, həmin vərəsələrə hələ 1990-cı illərdə Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən müvafiq şığorta ödənişinin həyata keçirildiyi şığorta ödənişinin alınmasına hüquq verən sənədlər əsasında təsdiqini tapıb.
Sığorta ödənişini almadıqlarını iddia edən digər bir sıra vərəsələrlə bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsində şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilir və şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.
Bu və ya digər şəhid hərbi qulluqçunun vərəsəsinə illər öncə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilibsə, bölmədə sorğunun nəticəsi kimi bu məlumat qeyd olunur və həmin şəhid hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun olmadığı bildirilir.(femida.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar