Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Seks və ağrı: intim münasibətdən məhrum qadınların hekayələri

Tarix: 16-10-2018 14:18     Baxış: 41 592 A- / A+
Seks və ağrı: intim münasibətdən məhrum qadınların hekayələri


Britaniyada hər 10 qadından biri seks vaxtı ağrıdan əziyyət çəkir, 7000 qadının iştirakı ilə həyata keçirilmiş araşdırmada deyilir.

Bunun səbəbi həm fiziki, həm də psixoloji ola bilər.

Biz seks həyatı ağrı ilə müşahidə olunan dörd qadınla danışmışıq.


"İldə bir dəfə sekslə məşğul olurduq"
34 yaşlı Natasha Kilby adaxlısı ilə sekslə məşğul olarkən ağrılar keçirib.

Müalicələrdən sonra cütlük 2016-cı ilin dekabr ayında evləniblər.

"Problem universitetdə başlayıb. Hər dəfə seks haqqında düşünəndə özümü çox pis hiss edirdim və istəmirdim o mənə yaxın dursun".

"Nəhayət mənə diaqnoz qoydular - kandidozun nadir forması. Daha sonra isə ağrılara görə psixoloji problemlər yaşamağa başladım".

"Mən ancaq möhkəm içəndən sonra sekslə məşğul ola bilirdim. Bütün bunlar adaxlımı hirsləndirirdi".

Kişilər seks haqqında necə düşünürlər?

Cənubi Qafqazda seks-şoplar: ümumqafqaz ayıb?

Niyə insanlar sekslə daha az məşğul olur?


"Məndə belə bir hiss var idi ki, münasibətlərimiz həqiqi deyil. Bir müddət ildə yalnız bir dəfə sekslə məşğul olurduq".

"Bu problemi həll etmədən ərə getmək istəmirdim. Hesab edirdim ki, cinsi həyatımızın yanaq öpməkdən ibarət olduğu müddətdə məndən əsl həyat yoldaşı çıxmaz".

"Mən məsləhətlərə getməyə başladım və bunun mənə köməyi dəydi. İndi münasibətlərimiz yaxşılaşıb".

"Əvvəllər uşaq haqqında fikirləşmək real deyildi. Bu gün isə hər şey bir xeyli daha yaxşıdır".

"Mən seks istəyirəm, lakin bacarmıram"


19 yaşlı Hanna Bradley seks zamanı həmişə ağrı hiss edib.

"Seks üç il bundan əvvəl, elə başlanğıcdan ağrılı idi. Mən həkimə getdim, o, kontraseptiv vasitələri dəyişməyimi təklif etdi".

"Sonra məni vaginizmdən müalicə etdilər. Heç bir müalicənin köməyi dəymədi".


İki ay boyunca psixoseksual müalicəyə pul xərclədim. Lakin, mən əminəm ki, problemim emosional deyil, fizikidir. İndi onlar fikirləşirlər ki, mənə cinsiyyət orqanının daralması var".

"Sekslə məşğul ola bilməməyim mənə çox çətin gəlirdi. Bununla barışa bilmirdim".

"Dostlarımla normal danışa bilmirdim. Mənə elə gəlirdi ki, onların həyatını başa düşmürəm".
Seks və ağrı: intim münasibətdən məhrum qadınların hekayələri

"Mənə çətin idi və onlara həsəd aparırdım. Özümü başqalarından fərqli hiss edirəm. Mənim yaşda olan insanların əksəriyyəti aktiv cinsi münasibətdə olurlar, mən isə bacarmıram".

"Bu hələ də məni narahat edir. Adaxlım hər şeyi başa düşür, ancaq bu, onu da narahat edir. Mən seks istəyirəm, lakin bacarmıram".

"Ümid edirəm ki, vəziyyət tezliklə düzələcək. Lakin problemimin nə olduğunu heç kim bilmir".

"Mən hələ də cavanam və seks, həyatımın bir hissəsi olmalıdır".

"Həmişə özümü günahlandırmışam"

20 yaşlı Sara (ad dəyişdirilib) güclü ağrılara görə sekslə məşğul ola bilmir. Buna görə də sevgilisindən ayrılmalı olub.

"Müntəzəm cinsi münasibət get-gedə daha çox ağrılı prosesə çevrilirdi. Daha sonralar bu ağrılar o qədər güclü oldu ki, seks sadəcə mümkünsüz idi".

"Cinsiyyət orqanım elə sıxılırdı ki, istənilən yaxınlıq cəhdi dəhşətli ağrı ilə yekunlaşırdı".

"Bütün bunlar həm fiziki, həm də psixoloji vaginizm simptomları ilə üst-üstə düşürdü, ona görə də qərara gəldim ki, universitetimizdəki klinikaya müraciət edim".

"Tibb bacısı hər gün barmağımla cinsiyyət orqanıma toxunmağımı və bir neçə aydan sonra nəticəsinə baxmağımı məsləhət gördü".

"Bütün bunların heç bir faydası olmadı. Bundan sonra özümə əminliyim daha da azaldı".

"Daha sonra terapevtim problemin tamamilə psixoloji ola biləcəyini dedi: beynim seksi ağrı ilə əlaqələndirir, ona görə də bədənim onu ağrıya çevirir".

"Buna görə mən getdikcə daha çox qəzəb və qorxu hiss etməyə başladım, özümü natamam hiss edirdim".

"Mən təkcə seksdən deyil, istənilən yaxınlıqdan qorxuram. Hər kəsə qarşı marağımı itirmişəm".

"Bütün bunlar münasibətlərimi gərginləşdirir, gündəlik mübahisələrə səbəb olur, ancaq özümü günahlandırıram".

"Həmişə hesab etmişəm ki, bütün münasibətlərim mənim günahım ucbatından korlanıb, qüsurlu bədənimə görə".

"Başa düşdüm ki, bu cür yaşamaq mümkün deyil, həmişə özümü günahkar hesab edə bilmərəm".

"Bilmirəm mənə nə kömək edə bilər, lakin bir müddət bu cür yaşamalı olacağımı qəbul etmişəm. Bu müddətdə hansısa münasibətlərimin mümkün olacağını da düşünmürəm".

Saranın sözlərinə görə seks öncəsi ağrılar depressiyaya səbəb olub
"Bu ağrıların psixoloji nəticələri daha sarsıdıcıdır, nəyinki fiziki. Mən sekslə məşğul ola bilmədiyimə görə utanc hissi keçirirəm".

"Bu pozğunluğun səbəblərini aydınlaşdırmaq lazımdır. Biz hamımız erektil disfunksiyanın nə olduğunu bilirik, lakin, ağrılı cinsi münasibətin qadının sağlamlığına necə təsir etdiyini təsəvvür belə etmirik".

"Bütün inamımı itirmişəm"

68 yaşlı Margaret (ad dəyişdirilib) cinsi münasibət zamanı keçirdiyi ağrılara görə əri ilə 16 ildir sekslə məşğul deyil.

"İnsanın fiziki və emosional vəziyyəti arasında əlaqə var. Əvvəllər biz tez-tez sekslə məşğul olardıq, heç vaxt ağlıma da gəlməzdi ki, başıma belə iş gələcək".

"Terapevtlər məni ciddi qəbul etmirlər. Onlar deyirlər ki, mənim yaşda qadın üçün seksdən həzz gözləməyə dəyməz".

"Mən artıq bununla barışmışam, lakin bütün bunlar münasibətlərimizə təsirsiz ötüşmür. Ərim deyir ki, seksin olub-olmamasının onun üçün heç bir fərqi yoxdur".

"Lakin mənim üçün bu vacibdir və məni çox narahat edir. Mənə elə gəlir ki, ərimi aldadıram, onu normal cinsi həyatdan məhrum edirəm".

"Nə vaxtsa mənə elə gəlirdi ki, vəziyyət düzələ bilər. Lakin indi normal cinsi həyatımızın olacağı fikrindən daşınmışam".(BBC)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar