Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İraqda həbsdə olan azərbaycanlı azyaşlılar Gürcüstana qaytarıldı - FOTOLAR

Tarix: 14-10-2018 08:45     Baxış: 2344 A- / A+
İraqda həbsdə olan azərbaycanlı azyaşlılar Gürcüstana qaytarıldı - FOTOLAR

İraqda ömürlük həbsə məhkum edilmiş Gürcüstan vətəndaşı olan milliyyətcə azərbaycanlı qadının üç azyaşlı övladı Tbilisiyə gətirilib.

Manevr.az “report”a istinadən xəbər verir ki, 2, 5 və 6 yaşlı uşaqları Tbilisi beynəlxalq hava limanında yaxın qohumları ilə yanaşı, Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani də qarşılayıb.

25 yaşlı Şəlalə Səmədova Gürcüstanın Laqodexi rayonunun Gəncəli kənd sakini olub. Onun Rusiya vətəndaşı olan milliyətcə azərbaycanlı həyat yoldaşı İŞİD terror təşkilatına qoşulub. Hərbi əməliyyatlar zamanı onun ölməsinə baxmayaraq, İraqın qanunlarına əsasən, həyat yoldaşı terrorçuluqda müqəssir bilinən şəxslə nikahda olduğuna görə ömürlük həbsə məhkum edilib. Onların azyaşlı övladları qanuna uyğun şəkildə həbsxanada saxlanılırdı. Uşaqlar müəyyən yaşa çatdıqdan sonra yerli uşaq evlərinə veriləcəkdi.

Qadının valideynləri qızlarını 7 il, nəvələrini isə ümumiyyətlə görmədiklərini bildiriblər. Onlar uşaqların Gürcüstana qaytarılmasına görə T.Tsulukianiyə həyata keçirdiyi xeyirxah missiyya üçün minnətdarlıqlarını bildiriblər.

T.Tsulukiani azərbaycanlı qadının faciəvi taleyi barədə bir il öncə Gürcüstanın İraqdakı səfiri Gia Tabatadzedən öyrənib.

Bu il mayın 23-də T.Tsulukiani İraqın mərkəzi qadın həbsxanasında həmin qadınla şəxsən görüşərək, ondan övladlarını Gürcüstana valideynlərinin yanına göndərilməsi ilə bağlı razılıq alıb.

Nazirin sözlərinə görə, uşaqların Gürcüstana qaytarılması məsələsini operativ olaraq həll etmək lazım idi, belə ki, onların uşaq evlərinə təhvil verilməsi yaşı yaxınlaşırdı.

Nazirin sözlərinə görə, Ş.Səmədova həbsdə saxlanılan yeganə Gürcüstan vətəndaşıdır ki, Gürcüstanda anadan olub və bu günə qədər valideynləri də Gürcüstanda yaşayır.

T.Tsulukiani Bağdadda iraqlı həmkarı ilə görüşdə Gürcüstan vətəndaşına qarşı çıxarılmış məhkəmə hökmünə yenidən baxılması perspektivləri üzərində birgə işin aparılması barədə də razılıq əldə edib.
İraqda həbsdə olan azərbaycanlı azyaşlılar Gürcüstana qaytarıldı - FOTOLAR

İraqda həbsdə olan azərbaycanlı azyaşlılar Gürcüstana qaytarıldı - FOTOLAR

İraqda həbsdə olan azərbaycanlı azyaşlılar Gürcüstana qaytarıldı - FOTOLAR



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar