Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bağçalarda teatra 6 manata bilet satılması ilə bağlı məlumatlara MÜNASİBƏT

Tarix: 12-10-2018 16:00     Baxış: 2248 A- / A+
Bağçalarda teatra 6 manata bilet satılması ilə bağlı məlumatlara MÜNASİBƏT

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı uşaq bağçalarında 6 manata bilet satması ilə bağlı məlumatlara münasibət bildirib.


Manevr.az
xəbər verir ki, teatrın mətbuat katibi Həmidə Rüstəmova report-a açıqlamasında bildirib ki, adətən belə hallarla rastlaşırlar.

O qeyd edib ki, Kukla Teatrı açıq kassa üsulu ilə işləyir, uşaq bağçaları, məktəblər və digər təhsil müəssisəsində bilet satışını həyata keçirmir: "Həmin qurumlar bizə müraciət edib kassadan bilet alırlar və bu biletlər üçün stabil qiymət var. Bölməsindən və saatından asılı olmayaraq uşaqlar üçün tamaşalara biletin qiyməti 3 manatdır. Böyük yaş qrupu üçün festival və kukla tamaşaları 5 manatdır və bu qiymət yalnız böyüklər üçündür. Azərbaycan Dövlət Kukla Teatrı ölkənin əsas kukla teatrıdır, Kukla teatrı deyərkən Azərbaycan Dövlət Kukla Teatrı nəzərdə tutulur. Biz özümüz də teatrın adından istifadə edən şəxslərə qarşı mübarizə aparırıq. Əgər kimsə belə hallarla rastlaşsa, bizə məlumat vermələrini xahiş edirik".

H.Rüstəmova deyib ki, keçmiş təhsil naziri Mikayıl Cabbarovun vaxtından bağçalarda, məktəblərdə bilet satışı qadağan olunub: "Teatrda tamaşalar, ancaq səhnədə göstərmək üçün hazırlanır. Səyyar formada yalnız qastrollara, xeyriyyə məqsədilə uşaq evlərinə, cəzaçəkmə müəssisələrinə gedirik və bilet satışı olmur. Bizdə tamaşaçı problemi də yoxdur ki, haradasa bilet sataq. Bəlkə də biletləri alıb üstünə yol xərcini, əyləncə pulunu əlavə edirlər. Biz yalnız satdığımız biletə cavabdehik və biletin üzərində də qiymətinin 3 manat olduğu yazılır".(milli.az)



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar