Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı tələbənin ukraynalılarla 18+ VİDEOsu yayıldı – Səfirlikdən açıqlama

Tarix: 11-10-2018 09:14     Baxış: 3702 A- / A+
Azərbaycanlı tələbənin ukraynalılarla 18+ VİDEOsu yayıldı – Səfirlikdən açıqlama


Ukraynada azərbaycanlı gənclərin təhdid videosu yayılıb.

Youtube kanalında azərbaycanlı gənclərin Kiyevdə bloggerləri hədələməsi ilə bağlı video paylaşılıb. Belə ki, Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan bloggerlər azərbaycanlı tələbələrin qadağan olunmuş yerdə avtomobillərini saxlamasına etiraz ediblər.Nəticədə bloggerlər ölümlə təhdid olunublar.

Üç azərbaycanlı tələbə bloqqerin üstünə hücum çəkərək onu söyüşlə təhqir ediblər.

Tələbələrdən biri Azərbaycanın Ukraynadakı səfirinin onun dayısı olduğunu bildirərək, bloggeri başına tapança dirəyəcəyi ilə hədələyib. Digər tələbə isə söyüş söyərək bloggerin gecə başına oyun açacaqlarını deyib.

YouTube kanalına yerləşdirilən videoya qısa müddət ərzində trendə çevrilib..

Hadisə ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyi açıqlama yayıb.

Səfirlikdən azxeber.com-a verilən açıqlamada deyilir:

“Son günlər Ukraynada yaşayan bəzi soydaşlarımızın ölkə qanunvericiliyinin tələblərini pozaraq qeyri-adekvat addım atmaları ictimaiyyət arasında narazılığa səbəb olub. Xüsusilə, həmin insanların insident baş verən video-görüntüdə yalandan Azərbaycanın Ukraynadakı səfirinin yaxın qohumu olduğu barədə açıqlaması təəssüf hissi yaradır. Bildiririk ki, qeyd edilən şəxslərin hətta hər hansı qohumu səfirlikdə çalışmır.

Səfirlik Ukraynada yaşayan soydaşlarımıza ölkə qanunvericiliyinə hörmətlə yanaşmağı, ictimai yerlərdə Azərbaycanın imicini qorumağa, ölkəmizin zəngin mədəniyyətini, tarixini təbliğ etməyə çağırır. Bəyan edirik ki, məskunlaşdıqları ölkələrdə milli kimliklərini – adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən birincisidir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməlidir. Azərbaycanın adını ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən qarşısında mənəvi öhdəlikdir.

Səfirlik olaraq biz bütün azərbaycanlılarla qarşılıqlı işləməyə hazırıq, qarşılaşdıqları haqsızlıqlar olduğu halda tolerant olmasını və dərhal səfirliyə müraciət etmələrini xahiş edirik!”

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar