Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda maraqlı hadisə: Kanalizasiya quyusundan neft çıxır

Tarix: 11-10-2018 07:29     Baxış: 2352 A- / A+
Bakıda maraqlı hadisə: Kanalizasiya quyusundan neft çıxır

Bakının Suraxanı rayonunda kanalizasiya quyusundan neft çıxıb.Neft kanalizasiya xətti iləevlərə dolub. Sakinlər yaranmış vəziyyətdən narahatdırlar. Onlar evdə oturmağın mümkün olmadığını deyirlər.

Manevr.az xəbər verirr ki, hadisə paytaxtın Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsində baş verib. Küçədəki kanalizasiya xətti neftlə dolub. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Lakin son bir neçə gündə neft lükün ağzına qədər qalxıb.

Hətta neft kanalizasiya xətti vasitəsilə evlərin hamamından və digər hissələrdən də çölə çıxır.

Məsələ ilə bağlı əraziyə cavabdeh olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirildi ki, problem qısa zamanda həll olunacaq.

Sakinlər həmin ərazidə hər hansı bir yanğın təhlükəsinin yaranmasından da narahatdırlar.(qaynarinfo.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar