Xəbər lenti
Ermənistanda nə baş verir?
Xəbər verdiyimiz kimi, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsilə bağlı qərar qəbul edilib. Bu barədə qərar parlamentin oktyabrın 9-da keçirilmiş iclasında qəbul edilib. İndi baş nazir Nikol Paşinyan istefaya getməlidir. Ekspertlər iddia edir ki, Ermənistanda onsuzda soyuq münasibətdə olan siyasi partiyalar, bundan sonra daha da bir-birlərinə qarşı aqressiv olacaq. Klanlararası mübarizənin kəskinləşməsi fonunda vətəndaş müharibəsi ehtimalı da, böyükdür. Bəzi siyasilər növbədənkənar seçkilərin keçirilməsi qərarının verilməsini də, məhz bunun qarşısının alınması məqsədi ilə verildiyini iddia edirlər.
Ermənistandakı siyasi durumu və yeni qərarı dəyərləndirən Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirdi ki, düşmən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi adıçəkilən dövlətdə baş verənlərin fonunda tamamilə anlaşılandır.
Onun sözlərinə görə, N.Paşinyanın özünün də, Qarabağ klanının siyasətindən kifayət qədər narazı olan elektoratın dəstəyi ilə iqtidara gəlməsi də, əslində növbədənkənar hadisə kimi qiymətləndirilir:
“Yəni bildiyiniz kimi Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsinə qədər kifayət qədər vaxt var idi. Paşinyanın hakimiyyətə gəlişi növbədənkənar hadisə olduğundan təbii ki, onun özü keçid dövrü üçün baş nazir kimi dəyərləndirilirdi. Qanunvericiliyin müəyyən etdiyi zaman kəsiyində təbii ki, Paşinyan özü də bilir ki, o seçkilərə getməli və etimad hökumətini formalaşdırmalıdır. Ancaq seçkinin məhz indi növbədənkənar keçirilməsi əlbəttə Paşinyanın hakimiyyətlə bağlı maraqlarından irəli gəlir. Paşinyanın zaman keçdikcə öz seçicilərinə verdiyi vədləri yerinə yetirmək istqiamətində konkret addımlar ata bilməməsi təbii ki, narazı elektoratı müəyyən mənada məyus edir”.
Politoloq hesab edir ki, Paşinyanın verdiyi vədləri yerinə yetirə bilməməsi onun özündən asılı olmayan amillərlə də əlaqədardır:
“Çünki Qarabağ klanı kifayət qədər güclüdür, yetərlidir. Onların həm parlamentdə, həm ölkənin stukturlarında, məhkəmə hakimiyyətində belə kifayət qədər dayaqları var. İkincisi bu klanın arxasında çox böyük iş adamları dayanır. Onlar da, əsasən Rusiyada biznesi olan sahibkarlardır. Ən nəhayət Qarabağ klanının təbii ki, arxasında dayanan digər faktor geosiyasət faktorudur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar