Xəbər lenti
“Həbib dostumdur, Ermənistana hörməti var” – Erməni güləşçi
Həbib Nurməhəmmədov qarışıq döyüş növlərinin canlı əfsanəsi, məğlubiyyət bilməyən döyüşçüdür. O, mənim dostumdur. Onun Ermənistana da hörməti var.
Erməni güləşçi, sosial şəbəkələrdə “Maestro Miqran” kimi tranınan Miqran Edikoviç Harutyunyan İnstagram profilində belə yazıb.
Ermənistanın Eçmiədzin şəhərində doğulmuş 29 yaşlı Miqran Harutyunyan Rusiya vətəndaşlığını qəbul edib. O, ötən ilin avqustun 30-da abxaz müğənni Maktina Bebiya ilə evlənib.
Yunan-Roma güləşi ilə məşğul olmuş M.Harutyunyan 2015-ci ildə Bakıda keçirilmiş 1-ci Avropa Oyunlarında və 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiya Oyunlarında 66 kq çəki dərəcəsində gümüş medallar qazanıb.
M.Harutyunyan hazırda qaydasız döyüşlə məşğul olur və UFC turnirlərində çıxış edir.
O, UFC çempionu Həbib Nurməhəmmədovla “çox əla münasibətlər”inin olduğunu deyir.
M.Miqranyan Dağlıq Qarabağdakı terrorçu rejimin fəal təbliğatçılarından biri kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında sürəkli olaraq Dağlıq Qarabağı “müstəqil dövlət” kimi qələmə verir.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar