Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Rusiya dəniz turizminin inkişafı üçün birgə layihə hazırlayır

Tarix: 08-10-2018 14:42     Baxış: 3234 A- / A+
Azərbaycan və Rusiya dəniz turizminin inkişafı üçün birgə layihə hazırlayır


“Rusiya və Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar”

Bu barədə Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

Nazir müavini bildirib ki, bu, hələ analoqu olmayan unikal layihə olacaq:

“Hesab edirik ki, bu layihənin reallaşması qarşılıqlı fayda verəcək və iki ölkə arasında davamlı və səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacaq. Layihəyə iqtisadi baxımdan tələbat var, belə ki, bu, Xəzəryanı ölkələr arasında mədəni-regional əlaqələrin inkişafına xidmət edəcək. İlkin marşrutların coğrafiyası layihəyə cəlb olunmuş turoperatorlardan asılı olacaq. Həmin marşrutlar fərqli, yəni qısa, uzun ola bilər, idealda isə bütün Xəzəryanı ölkələri əhatə edəcək dəniz üzrə dairəvi marşrut ola bilər”.

Onun sözlərinə görə, Rusiyada artıq bu istiqamətdə istifadə oluna biləcək kruiz teploxodu inşa edilir.

O.Ruhullayeva qeyd edib ki, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Rusiya Hökumətlərarası Forumu çərçivəsində də həmin layihə üzrə müzakirələr aparılıb:

“Rusiya Prezidenti Bakıdakı nitqi zamanı Xəzərdə dəniz turizminin inkişafı üzrə ciddi istiqaməti vurğuladı. Biz də azərbaycanlı həmkarlarımızla forum çərçivəsində dəyirmi masa arxasında bu layihənin yaradılması ideyasını müzakirə etdik. Görüşün yekunu üzrə Azərbaycandan olan həmkarlarımızla Xəzərdə birgə layihənin işlənməsi və sinxronlaşdırılması barədə razılıq əldə etdik”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar