Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qızını erməniyə ərə verən azərbaycanlı məmur: Mən qələt eləmişəm -VİDEO

Tarix: 08-10-2018 10:51     Baxış: 3448 A- / A+
Qızını erməniyə ərə verən azərbaycanlı məmur: Mən qələt eləmişəm


Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin adı daha çox qalmaqallarda hallanan sədri Ağadadaş Kərimov "Nar bayramı"nda təxribata əl atıb.

Manevr.az diaspor.az-a istinadən xəbər verir ki, A.Kərimovun Azərbaycan mədəniyyətinə həsr olunmuş "Qranat" ümumşəhər "Nar bayramı" ilə bağlı keçirdiyi tədbirdə qarşıdurma yaranıb. "Nar bayramı"nın Kərimov tərəfindən Azərbaycan adına layiq şəkildə keçirilməməsi həmyerlilərimiz tərəfindən haqlı olaraq etiraza səbəb olub.

Tədbirdə Ermənistanla bağlı bəzi eksponantların nümayiş olunması azərbaycanlılar tərəfindən qəzəblə qarşılanıb. Bununla yanaşı, Azərbaycan dəyərləri adı altında keçirilən tədbirdə Azərbaycan bayrağı və Azərbaycana aid heç bir eksponatların nümayiş olunmaması həmyerlilərimizin təəccübünə səbəb olub. Kərimovun bu tədbiri erməni diaspor təşkilatları ilə birlikdə həyata keçirməsi məlum olduqdan sonra həmyerlilərimiz sivil şəkildə öz etirazlarını bildiriblər. Yeni imic formalaşdırmaq naminə Rusiyadakı azərbaycanlılar arasında nüfuz qazanmağa çalışan Kərimovun erməni və separatçı təşkilatlarla birlikdə "Nar bayramı" adlı tədbir keçirməsi ifşa olunub. Bu addımına görə həmyerlilərimizin tədbir zamanı tənqidinə tuş gələn diaspor sədri bütün planlarının ifşa olunduğunu gördükdə provakasiyaya əl atıb. Belə ki, o, erməni əqidədaşları ilə birləşərək tədbirdə iştirak edən azərbaycanlıları uzaqlaşdırmağa çalışıb. Eyni zamanda, separatçı təşkilat nümayəndələrini köməyə çağıraraq erməni diaspor nümayəndələri ilə birlikdə azərbaycanlıları təhqir edərək öz çirkin tədbirinin əsl mahiyyətini üzə çıxarıb.

Daha sonra hadisə yerinə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağıran Kərimov tədbir iştirakçısı olan azərbaycanlıların həbs olunmasını tələb edib. Amma buna baxmayaraq, həmyerlilərimiz sivil şəkildə etiraz etdiklərini bildiriblər. O, tədbirdə dəfələrlə təxribata əl atsa da, onun bu cəhdləri uğursuz olub. Tədbir Kərimovun yaxın dostları olan erməni və separatçıların Azərbaycan əleyhinə səsləndirdikləri şüarla sona çatıb.

Qeyd edək ki, diaspor sədrinin son günlər erməni diaspor təşkilatları ilə yeni iş birliyinə başlaması Rusiyanın paytaxtında yaşayan həmyerlilərimizin hiddətinə səbəb olub. Azərbaycanlılar arasında nifaq yaratmağı qarşısına məqsəd qoyan A.Kərimov hər fürsətdə Azərbaycan əleyhinə kampaniya aparır. Məlumata görə, Kərimov bir müddət əvvəl həbs olunan separatçı təşkilat sədri Fəxrəddin Abbaszadənin komandası ətrafında sıx birləşib. Ona həbsdə olan Abbaszadə ilə birlikdə həyata keçirməyi planlaşdırdığı separatizmə yönəlmiş layihələrin reallaşdırılması tapşırılıb. Hazırda separatçı və ermənilərlə birlikdə əməkdaşlıq edən Kərimovun Azərbaycanın əleyhinə hazırlanmış bir sıra layihələr üzərində işlədiyi bildirilir. Moskvada keçirilən "Nar bayramı" adlı tədbiri A.Kərimovun erməni qohumları ilə birlikdə keçirməsi isə xüsusi olaraq vurğulamaq lazımdır. Hətta bayram tədbiri ilə bağlı erməni rəssamlara xüsusi subliminal mesaj xarakterli nar fotoları nümayiş olunub. Xatırladaq ki, A.Kərimov bir müddət əvvəl qızını erməni oğlana ərə verdikdən sonra azərbaycanlıların qəzəbinə tuş gəlmişdi. O, erməni ilə qohum olduğuna görə qürur hissi keçirdiyini bildirmişdi. Eyni zamanda, Qarabağ haqqında səsləndiyi fikir isə ictimaiyyətdə birmənalı qarşılanmamışdı. O, qarabağlı olmadığını və buna görə də, Dağlıq Qarabağda döyüşməyi düzgün hesab etmədiyini vurğulamışdı.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar