Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Oğlum arvadına görə mənə zülm verdi - Sabiq deputat - VİDEO

Tarix: 05-10-2018 15:37     Baxış: 2243 A- / A+
Oğlum arvadına görə mənə zülm verdi - Sabiq deputat

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə "Gəl, Dərdini Danış" verilişində çıxış edən ananın fəryadı hər kəsi göz yaşına boğub. İlk olaraq verilişə dəvət olunan Xəyalə adlı xanım aylarla küçədə qalıb.

Keçmiş ərinin 4 arvadının olduğunu və bir arvadından olan qızı böyüdüb ərə verdiyini amma hər gün döyüldüyünü vurğulayıb. Onun sözlərinə görə 2 uşağını götürüb ata evinə yollansa da ailəsi daha dəqiq qardaşı Xəyaləni qəbul etməyib. Yalnız uşaqları internat evinə verdikdən sonra ata ocağında qala biləcəyini deyib. Xəyalə isə övladlarını götürərək Bakıya gəlib. Aylardı küçədə bəzən onun-bunun evində sığınan Xəyaləyə teleaparıcı Amil Xəlil dəstək olub. Aparıcı Binə qəsəbəsindən gələn bir zəng vasitəsi ilə onu axtarıb birbaşa studiyaya gətirib. Xəyalə tək istəyinin sığınacaq evi olduğunu desə də, Amil Xəlil onun atasını studiyaya dəvət edib:"Çətinliklə də olsa mən onun doğma atasını efirə gətirə bildim".

Daha sonra verilişdə iştirak edən 84 yaşlı ananın açıqlamaları isə hər kəsi qəhərləndirib. Rəfiqə xanım bildirib ki, uzun illər Kürdəmir rayonunda mühüm vəzifələrdə çalışıb. Keçmiş deputat olduğunu, xalq, millət üçün çalışdığını bildirib. Amma sən demə ananın oğlu son zamanlar ona sahib çıxmırmış. "oğlumu evləndirdim. Yanımda qaldı. Amma o məni arvadının ayağına verdi."

Daha sonra verilişə qoşulan oğulun sanki ananın dediklərini təsdiqləmək kimi çıxışı aparıcı ilə bərabər ekspertlərində hiddətinə səbəb olub... "Anam arvadımla yola getmirdi. Mən də çıxdım evdən"

Bu açıqlama Rəfiqə xanımı özündən çıxartdı. O oğluna halalıq vermədiyini birbaşa efirdən səsləndirib. "Səni 9 ay bətnimdə gəzdirmişəm. Yeməmişəm, yedizdirmişəm. Bu gün sənə haqqımı halal etmirəm"

Verilişdə baş verən inanılmaz anları sizə təqdim edirik. Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 dan etibarən Space Tv-də Amil Xəlilin təqdimatında. unikal

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar