Sizin Reklam Burada
Xəbər lenti
24-01-2025
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyanı “bəyənən” azərbaycanlı futbolçu üzr istədi — FOTO

Tarix: 04-10-2018 20:30     Baxış: 3205 A- / A+
Paşinyanı “bəyənən” azərbaycanlı futbolçu üzr istədi — FOTO


Renat Dadaşov etdiyinə görə təəssüfləndiyini bildirib

Futbol üzrə gənclərdən ibarət Azərbaycan millisinin oyunçusu Renat Dadaşov Ermənistan baş naziri Nikol Paşinyanın fotosuna "like" qoyduğuna görə üzr istəyib. Sputnik Azərbaycan bu barədə "Azerisport.com"-a istinadən xəbər verir.

Ermənistan baş nazirinin fotosunu Almaniyada yaşayan Levo adlı reper öz "İnstagram" səhifəsində yazıb. Dadaşovun sözlərinə görə, o Levo ilə bir məktəbdə oxuyub.
Paşinyanı “bəyənən” azərbaycanlı futbolçu üzr istədi — FOTO


"Mən heç onun kim olduğunu bilmirdim. Mən hətta nə etdiyimi və bu "like"-in necə yarandığını bilmədim. Bizim internasional məktəbimiz olub və orada almanlar, türklər, ruslar, ermənilər və digər millətlərin nümayəndələri birlikdə oxuyub. Bizim ümumi dostlarımız olub. Almaniyada, biz millətlərə görə bölünmürdük" — deyə futbolçu bildirib.

O, deyib ki, foto may ayında sosial şəbəkəyə qoyulub. O isə yalnız indi müvafiq şəklə "like" qoyduğunu görüb: "Təsadüfən olub, mən bunu etməməli idim. Mən bu münaqişənin tarixini yaxşı bilirəm və mən bunu yaxşı anlayıram".
Paşinyanı “bəyənən” azərbaycanlı futbolçu üzr istədi — FOTO

"Sizin bu addımınız milli komandada perspektivinizə təsir edə bilərmi" sualına cavab olaraq futbolçu bir daha təkrar edib ki, "like" təsadüfən qoyub.

O, eyni zamanda etdiyinə görə təəssüfləndiyini bildirib və qeyd edib ki, azərbaycanlı olduğuna görə fəxr edir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar