Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gənclər soyqırım qurbanlarını andılar: Odlar Yurdu Universitetində

Tarix: 03-10-2018 16:58     Baxış: 3231 A- / A+
Gənclər soyqırım qurbanlarını andılar: Odlar Yurdu Universitetində

“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Arxiv məlumatları əsasında 1918-ci il azərbaycanlıların mart soyqırımı barədə ictimai müzakirələrin təşkili” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Odlar Yurdu Universitetində baş tutub.

31 Mart 1918-ci il Soyqırımı qurbanlarının və vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin iştirakçılarını salamlayan layihənin rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri Vidadi Fətullayev, 31 Mart Soyqırımı barədə çap edilmiş arxiv sənədləri haqqında ətraflı məlumat verdi və bütün bu sənədlərin, xüsusilə də Azərbaycan Xalq Cumhuriyyəti hökuməti yanında fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən ibarət materiallarının nəşr edilməsinin faktların üzə çıxarılmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyevin sərəncamları doğrultusunda, ölkəmizdə müvafiq rəsmi qurumlar tərəfindən araşdırmalar aparıldığını və hər gün yeni arxiv sənədlərinin aşkar edildiyini deyən ictimai birlik sədri, erməni terrorçuluğu və faşizminə aidyeni sübutların aşkarlandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti arxivində saxlanılan sənədli materialların araşdırılması zamanı ermənilərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapmış və həmin faktlar bu yaxınlarda qurumun rəsmi internet səhifələrində yerləşdirildirilmişdir.Layihə rəhbəri tərəfindən,üzərindən məxfilik götürülərək geniş ictimaiyyətə açıqlanan bu arxiv məlumatları və faydalanılacaq hiperlinklər barədə tədbir iştirakçılarına məlumatlar çatdırılmışdır.

Tədbirdə çıxış edən layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə çıxışında, aparılan təhqiqatlara əsasən Bakıda 12 min, Şamaxı qəzasında 22 min, Quba qəzasında 16 min, Lənkəranda 2 min, Zəngəzur qəzasında 7 mindən çox azərbaycanlının qətlə yetirildiyini, 100 il əvvəl Quba və Şamaxıda əhali sayının elə qeyd edilən rəqəmlərlə yaxın olduğundan danışaraq,erməni-bolşevik silahlı birləşmələrinin qarşılarına çıxan bütün azərbaycanlıları məhv etdiklərini və bunun da soyqırımından başqa adı olmadığını vurğuladı. Tariximizi öyrənməyin və təbliğ etməyin vacibliyindən danışan ekspert, bu mövzunu bütün dünyaya çatdırmağın təkcə dövlət qurumlarının deyil, həm də hər birimizin vətəndaşlıq borcu olduğunu bildirdi və gəncləri əllərində olan müasir internet resursları vasitələri ilə bu istiqamətdəmübarizə aparmağa səslədi. Tədbirdə iştirak edən universitet Tələbə Gənclər Təşkilatının sədri Səftər Ağayev və diğər gənclər öz çıxışlarında ölkə rəhbərliyinin Azərbaycan gənclərinin qarşısına mühüm vəzifələr qoyduğunu,Odlar Yurdu Universitetində təhsil alan bütün tələbələrin hər zaman Ali Baş Komandanımızın torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün verəcəyi əmrə hazır olduqlarını,universitetlərində oxuyan,həmçinin ölkəmizə qonaq gələn əcnəbi gənclərə Azərbaycanı tanıtdıqlarını və tarixi-vətənpərvərlik mövzusunda tədbirlərin davamlı təşkil edilməsinin əhəmiyyətini vurğuladılar.
Tədbirdə yekun sözü söyləyən layihə rəhbəri V.Fətullayev ölkə başçımız cənab İlham Əliyev və 1-ci vitse prezident Mehriban Xanım Əliyeva tərəfindən gənclərimizə daima qayğı göstərildiyini xüsusi vurğulayıb. İctimai Birlik sədri layihənin həyata keçirilməsində göstərdikləri böyük dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millətvəkili, cənab Azay Quliyevə və Odlar Yurdu Universitetinin rektoru Professor Əhməd Vəliyevə minnətdarlıqlarını bildirdi.
Gənclər soyqırım qurbanlarını andılar: Odlar Yurdu Universitetində
Gənclər soyqırım qurbanlarını andılar: Odlar Yurdu Universitetində

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar