Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müğənnilərdən Elçin Əlibəylinin tənqidinə cavab: “Öz çəkisinə uyğun…”

Tarix: 02-10-2018 14:19     Baxış: 3298 A- / A+
Müğənnilərdən Elçin Əlibəylinin tənqidinə cavab: “Öz çəkisinə uyğun…”


Bir müddət öncə müğənni Nura Surinin televiziyalarda insanların mənəviyyatını pozan verilişlərin yığışdırılması barədə paylaşım etməsi müzakirələrə səbəb olub.


Belə ki, ifaçının MTRŞ-yə müraciət etməsi və ona əməkdar artist Lalə Məmməmdova, müğənnilər Səidə Sultan, Günay İbrahimli, Elvin Abdullanın dəstək olması teleaparıcı Elçin Əlibəylini özündən çıxarıb. Aparıcı sosial şəbəkədə həmkarlarından, televiziyadan şikayət edən müğənnilər barədə paylaşım edib.

O, ad çəkmədən ifaçıları debata çağırıb:
“Müğənnillər aparıcılardan MTRŞ-a şikayət ediblər, xub, bəs biz sizin doğmağınızdan tutmuş boşanmağınız və daha nə cür eybəcərlikləri xəbər kimi yaymağınızdan kimə şikayət edək? Çoxunuz daşıdığınız fəxri adın bir ifadəsinə də düz gəlmirsiniz, nə əxlaqla, nə sənətlə… Aparıcıları savadsız adlandıran müğənniləri açıq debata çağırıram. Məkanı və formanı özləri müəyyən etsinlər. Debat təklifimi qəbul etməyən həmin ifadəni seçən şəxs sözünü geri götürməlidir. Elə etməsə, Hüseyn Arif demişkən, əməllərini aşıqlara deyərəm, eldə yayarlar!”

Teleaparıcının fikirlərinə elə ilk reaksiya müğənni Nura Suridən gəlib. O, sosial şəbəkədə Elçin Əlibəyliyə ilk şikayət edən olduğunu bildirib.

Teleaparıcı isə sözü ona atmadığını açıqlayıb:
“Məsələ Nura Surinin açıqlamasında deyil, o tamam başqa məsələyə toxunub. Bu məsələyə fikir bildirənlər var ki, sözüm onlaradır. Buyurun debata! Fəxri ad və ya elmi dərəcə diplomunuzla bir yerdə gəlin.”

Musavat.com mövzu ilə bağlı televiziyalardan narazılıq edən müğənnilər arasında sorğu keçirib. Əməkdar artist lalə Məmmədova Elçin Əlibəylinin debat dəvətini yersiz adlandırıb: “Bu, konkret olaraq kimə ünvanlanıb? Mən çox rahatam. Kiməsə nəyisə sübut etməyə ehtiyac görmürəm. Məgər, sənətçilər səhv deyirlər? Sənətçi adından bixəbər, ortalıqda dolaşan, özünü həyatında baş verən hər bir hadisə ilə gündəmə gətirən və sənəti olmayan insanlar efirə çıxırlar, gündəmdən düşmürlər. Bir də var, sənəti olan insanlar. Ümumiyyətlə, efirlərdə baş verənlər hamını narahat edir. 10-15 il öncə bu biabırçılığı görə bilərdiniz? Hər kəs efirə çıxa bilmirdi, ancaq sənəti olanlara efirə çıxmağa şans verirdilər. O zaman sənəti olmayan, toy ifaçıları məcbur olub savadlı bəstəkarlarla işləyirdi, öz üzərində çalışırdı. Indi toyu, şəxsi həyatı efirə gətirmişik. Aparıcı məni oxumağa çağırır, şəxsi həyatımı soruşmağa başlayır. Mən şəxsi həyatım müzakirə etmək istəmirəm. Elçin Əlibəylinin təhdidlə danışıb, müğənniləri debata çağırmağı barədə nə deyə bilərəm? Kənardan baxıram, rinqə çıxan insanlar öz çəkisinə və gücünə uyğun insanları döyüşə çağırır. Bilə-bilə ki, qarşısındakı insanların çoxu cahil və savadsızdır, onları debata çağırmaq nə deməkdir? Bununla gücünü göstərir? Elm adamıdırsa, gücünü savadlılarla göstərsin. Efirdə tənqid təhqirlə deyil. öz çərçivəsində olmalıdır. Tənqid təhqirə bərabər olmamalıdır”.

Müğənni Günay İbrahimli isə qeyd edib ki, aparıcının sözlərini üzərinə götürmür:
“Elçin Əlibəyli subyektiv fikrini səsləndirib. Əlbəttə, həmin fikirləri öz üzərimə götürmürəm. Çünki aparıcının sadaladığı fikirlərlə mənim yaxından -uzaqdan əlaqəm yoxdur. Məncə, MTRŞ-ya müraciət edənlərin əksəriyyətinin bu fikirlərlə əlaqəsi yoxdur. Bu qədər…”

Müğənni nura Suri də statusu özünə aid edilmədiyini açıqlayıb:
”Elçin Əlibəylinin statusuna şərh yazdım ki, ilk tənqid edən mən olmuşam. O da açıq şəkildə dedi ki, səni nəzərdə tutmuram. Vəssalam”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar