Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Tarix: 02-10-2018 10:32     Baxış: 3669 A- / A+
Pensiyaçılara ŞAD XƏBƏR


Bankların xidmət şəbəkəsi ilə əhatə olunmayan ərazilərdə pensiya və müavinətlərin ödənişi zamanı "Azərpoçt" MMC-nin infrastrukturundan istifadə edilə biləcək.

Manevr.az-ın məlumatına görə, bu barədə "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda qeyd edilib.

Sənəddə göstərilib ki, bu gün ölkədə pensiya və müavinətlərin alınması ödəniş kartları vasitəsilə həyata keçirilsə də, bu sahədə müəyyən problemlər qalmaqdadır. Belə ki, bu işə məhdud sayda banklar cəlb edildiyinə görə pensiya və müavinətlərin verildiyi günlərdə həmin bankların bankomatları qarşısında sıxlıq yaranır.

Sosial ödənişlərin paylanmasına cəlb olunan müvəkkil bankların sayını artırmaq və vətəndaşlara bunların arasından sərbəst seçim etmək imkanı verilməlidir.

Bu, bank xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, bank sektorunda rəqabətin güclənməsinə də müsbət təsir göstərə bilər.

Bankların xidmət şəbəkəsi ilə əhatə olunmayan ərazilərdə isə pensiya və müavinətlərin ödəniş kartları vasitəsilə paylanmasında "Azərpoçt" MMC-nin infrastrukturundan istifadə təmin edilə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar