Xəbər lenti
Mehriban Xanlarova: “Ona ar olsun, o, kişi deyil” – VİDEO
Bir neçə gün öncə “Whatsapp”da bir qadın yaşlı kişi ilə iş danışığı aparıb, sonradan kişinin həmin qadınla məkirli məqsədlərlə söhbət etdiyi bəlli olub.
ARB TV-nin “Pəncərə” verilişinin bu dəfəki qonağı əməkdar artist, aktrisa Mehriban Xanlarova bu hadisəyə münasibət bildirib.
“Birincisi, o kişiyə ar olsun. Xanımda da günah görürəm. “Whatsapp”la kimdənsə iş istəyirəmsə qarşı tərəfdən təbii ki, yaxşı bir şey gözləmək olmaz. Bu yalandır, fırıldaqdır. Qadınla tanış olmağın yeni yaranan üslubudur. “Whatsapp”la kim işə qəbul olur? Absurtdur. Məşğulluq idarələri var, ora müraciət etmək lazımdır. Mən onu edənə kişi belə deyə bilmirəm, kişi deyi o. Həmin kişinin də evində ailəsi var. Bu gün özü belə şey edirsə, sabah başqası bu hərəkəti ona edəcək”.
Sosial şəbəkədə kişinin iş axtaran qadına yazdığı “Min cavana meydan oxuyaram” sözləri isə aktrisanı mat qoydu:
“Lap mat qaldım. Nə deyim Vallah. Mən də qadınam, mənim də başıma gələ bilər belə şeylər. Şüurumuzu işlətməliyik ki, belə səhvlər etməyək. Bunu qadınlar arasında ictimayiləşdirmək heç lazım deyil. Bu kimi sosial şəbəkələrdə dövr edən yalanlara inanmayın”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar