Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Polis idarəsindəki ölümlə bağlı daha bir - Videomüraciət

Tarix: 01-10-2018 08:58     Baxış: 3334 A- / A+
Polis idarəsindəki ölümlə bağlı daha bir - Videomüraciət


Qazax Rayon Polis Şöbəsində öldüyü deyilən Elmir Axundovun bacısı Ülviyyə Axundova videomüraciət yayıb.

Manevr.az sputnik.az-a istinadən xəbər verir ki, Ülviyyə Axundova qardaşı Axundov Elmir Mirzə oğlunun ölümü ilə bağlı sentyabrın 28-də “Youtube” kanalında çıxış etdiyini və bu çıxışının bəzi müxalif qüvvələr tərəfindən siyasi məqsədlər üçün istifadə edildiyini bildirib.

Mərhumun bacısı qeyd edib ki, hazırda qardaşının ölümü hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır. O, 20 ildir YAP-ın üzvü olduğunu, müəllimə işlədiyini, polisə və qanunlara inandığını, qardaşının ölüm səbəbinin obyektiv araşdırılacağına əmin olduğunu bəyan edib.

Ülviyyə Axundova qardaşının ölümünə heç bir siyasi don geyindirməməyi, insanların acı və kədərinə hörmətlə yanaşmağı xahiş edib.

Xatırladaq ki, Elmir Axundovun Qazax Rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilib ki, istintaq zamanı, həmçinin, rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar