Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bunu edin və paltaryuyan maşın heç vaxt xarab olmayacaq

Tarix: 29-09-2018 19:02     Baxış: 2501 A- / A+
Bunu edin və paltaryuyan maşın heç vaxt xarab olmayacaq


Hətta ən bahalı paltaryuyan maşını vaxtaşırı təmizləmək lazımdır. Sizə paltaryuyan maşınını ərpdən, kifdən və palçıqdan düzgün təmizləmə qaydalı barədə bəzi məsləhətləri təqdim edirik.

Çox vaxt plastik və ya metal səthdə müxtəlif palçıq və mineral maddələr toplanır. Bu sərt suyun istifadəsi, paltaryuyan maşının yanlış istismarı, həddən artıq çox keyfiyyətsiz kimyəvi yuyucu vasitələrin tətbiqi nəticəsində yaranır.

Təəssüf ki, çox palçıq yığımı çətin təmizlənən yerlərdə yığıldığı üçün, təmizləmə prosesi çətinləşir və zamanla bu paltaryuyan maşının sınmasına gətirib çıxarır. Buna görə istehsalçılar paltaryuyanı heç olmasa ayda 2 dəfə təmizləməyi məsləhət görürlər.
Maşının üstdən təmizlənməsiustden-temizleme

Bu paltaryuyan maşının təmizliyinin saxlanılması üçün ən sadə üsuldur. Maşında yuyucu tozun, suyun və ağardıcı vasitələrin ləkələri qalır. Bu ləkələri aparmaq üçün onları ilıq suda isladılmış dəsmal ilə silmək kifayətdir.

Barabanın içəridən təmizlənməsi

Maşının daxilində xoşagəlməz qoxu hiss edən kimi, barabanın təmizlənməsinin əsl vaxtı olduğunu bilin. Xoşagəlməz qoxulardan qurtulmaq üçün, qabaqcadan barabana paltaryuyan maşın üçün ağardıcı və ya təmizləyici töküb maşını isti su ilə doldurmaq kifayətdir.baraban

Əvvəlcə qısa müddətə yuma dövrünü qoşmaq lazımdır ki, ağardıcı suya qarışsın. Sonra isə söndürüb bir saata qədər bu vəziyyətdə saxlamaq lazımdır. Filtri 3 ayda bir dəfə təmizləmək tövsiyə edilir. Yuma prosesində profilaktika üçün su yumşaldıcılarından istifadə edin.

Paltaryuyanın ərpdən təmizlənməsi

Paltaryuyan maşınlar üçün yaxşı təmizləyici vasitə üç şərtə uyğun olmalıdır: geyim və insan üçün təhlükəsiz olmalı, paltaryuyan maşının daxili səthini çirk və toz qalıqlarından effektiv təmizləməli, maşının özü üçün isə təhlükəsiz olmalıdır.

Buna görə yaxşı təmizləyici vasitələrdən istifadə etmək lazımdır ki, onlar da çox vaxt paltaryuyan maşınların istehsalçıları tərəfindən buraxılır.


Maşının təmizliyinə daim diqqət edin


Yuyulmuş paltarları uzun müddət maşında saxlamayın, çünki rütubətli ilıq mühit kifin və göbələyin artımına imkan yaradır. Onların sayəsində xoşagəlməz qoxu yaranır və paltaryuyan maşının iş qabiliyyəti əhəmiyyətli dərəcədə pisləşir.

Havanın dəyişməsi

Əgər maşında müəyyən nəmişlik qalıbsa, o hava dəyişmənin nəticəsində kifayət qədər tez quruyacaq.
Belə kifayət qədər sadə məsləhətlərə riayət edərək, siz paltaryuyan maşınınızın sizə daha uzun müddət xidmət etməsini təmin edəcəksiniz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar