Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Nazir pensiyalardan danışdı: Gələn ildən…

Tarix: 28-09-2018 23:03     Baxış: 3330 A- / A+
Nazir pensiyalardan danışdı: Gələn ildən…

Gələn ildən pensiya təyinatının tam avtomatlaşdırılması nəzərdə tutulur.Manevr.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Mövcud qanunvericiliyə görə, işləyən pensiyaçılar altı ildən sonra işlədikləri dövr üzrə sosial sığorta haqlarını almaq üçün müvafiq quruma şəxsən müraciət etməlidirlər. Nazir qeyd edib ki, elektronlaşma işləri tam başa çatdıqdan sonra pensiyaçının şəxsən müraciət etməsinə ehtiyac qalmayacaq, sistem avtomatik qaydada 6 ildə yığılan məbləği hesablayıb əsas pensiyaya əlavə edəcək.

Sahil Babayev onu da qeyd edib ki, müraciət formasından asılı olmayaraq, əmək və əhalinin sosial müdafiəsi nazirliyinə edilən bütün müraciətlərə baxılır. Hətta sosial şəbəkələrdə yayılan paylaşımlar da diqqətdən kənar qalmır.

Nazir əlillik dərəcələrinin saxta yolla verilməsinə dair araşdırmaların davam etdiyini də deyib. Onun sözlərinə görə, saxta əlillik təyinatları ləğv edilir və dövlət büdcəsindən həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır. /xezerxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar