Xəbər lenti
DİN-dən yeni şəxsiyyət vəsiqələri ilə bağlı məlumat

Daxili İşlər Nazirliyi yeni şəxsiyyət vəsiqələri ilə bağlı yaranan problemə aydınlıq gətirib.
Manevr.az xəbər verir ki, məlumatda bildirilir ki, Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1217-VQD nömrəli Qanununa əsasən 2018-ci il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatlar elektron daşıyıcıda (çipdə) yerləşdirilir.
Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub. Həmin fayllar Daxili İşlər Nazirliyinin və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi internet saytlarında yerləşdirilib. (https://mia.gov.az/?/az/news/view/1237/) və (http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.(qaynarinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar