Xəbər lenti
Azərbaycanda qasırğa təhlükəsi var?- ETSN-dən açıqlama
“Orta troposferdə bərqərar olmuş axınla hər hansı hava kütləsi ölkə ərazisinə daxil ola bilər. Lakin sinoptik xəritələrin təhlili onu göstərir ki, hazırda Türkiyədə hava şəraitində gözlənilən dəyişiklik Azərbaycan ərazisinə öz təsirini göstərməyəcək”.
Bu sözləri publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva həftəsonu Türkiyə ərazisinə müşahidə ediləcək qasırğanın Azərbaycan üçün təhlükəsindən danışarkən deyib.
U.Tağıyeva yaxın günlərdə hava şəraitində ciddi bir dəyişikliyin olmayacağını bildirib:
“Türkiyədə hava şəraitinin dəyişdiyi halda oxşar prosesin Azərbaycanda da müşahidə edilməsi mütləq deyil. Lakin buna baxmayaraq Türkiyədən Aralıq dənizi siklonlarının Azərbaycana yaxınlaşması və hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Yaxın günlər ərzində isə hava şəraitində mühüm və ciddi dəyişikliklər gözləmirik. Havanın teperaturu iqlim norma daxilində tərəddüd edəcək. Əsasən, cənub istiqamətli mülayim külək əsəcək. Sentyabrın 30-u axşama doğru şimal küləyi ilə əvəz olunacaq. Ölkə ərazisində yaxın iki gün ərzində təhlükə yarada biləcək hidrometeoroloji hadisə gözlənilmir. Bəzi dağlıq və dağətəyi rayonlarda gecə və axşam saatlarında qısa müddətli yağış yağacaq. Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək”.
Qeyd edək ki, hidrometeoroloqlar həftəsonu Türkiyəyə Aralıq dənizindən daxil olacaq hava şəraiti ilə əlaqədar olaraq qasırğa müşahidə ediləcəyi ilə bağlı xəbərdarəq edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar