Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlik "WhatsApp"da vərəmlə bağlı yayılmış səs yazısı ilə bağlı əhaliyə müraciət etdi

Tarix: 27-09-2018 17:38     Baxış: 2276 A- / A+
Nazirlik "WhatsApp"da vərəmlə bağlı yayılmış səs yazısı ilə bağlı əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək, "WhatsApp" mobil əlavəsində qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması, eləcə də ümumtəhsil müəssisəsində vərəmin sürətlə yayılması ilə bağlı yayılmış məlumatlara inanmamağa çağırıb.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olur.
Bakı şəhər baş ftiziatrı Yavər Şıxəliyev isə bildirib ki, ölkədə vərəm əleyhinə tədbirlər həyata keçirilir. Tədbirlər “Milli proqtəhsil və ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir”, - Şıxəliyev söyləyib.

Baş ftiziatr qeyd edib ki, müəllimlər, uşaq bağçasının, o cümlədən ictimai iaşə müəssisələrinin əməkdaşları tibbi müayinədən, eləcə də vərəm əleyhinə yoxlanılırlar. Xəstələr vərəm əleyhinə keyfiyyətli dərmanlarla pulsuz şəkildə tam təmin olunurlar. Vərəm müəssisələrinin material-texniki bazalarının vəziyyətivə bu müəssisələrin bronx-ağ ciyər xəstəliklərinin diaqnostik imkanları yüksək səviyyədədir. Ötən il Bakıda vərəmlə ilkin xəstələnmələrin səviyyəsi keçmiş sovetlər birliyinə daxil olan ölkələrdən 4-5 dəfə aşağıdır. Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarında uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkəmizin digər bölgələrindən 4 dəfə aşağıdır. Ona görə də Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələri haqqında xəstəliyin yayılması barədə yayılan yalnış informasiyalar əsassızdır. Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər bölgələrdə olduğu kimi Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar