Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

ADNSU-da Unibook birinci kurs tələbələrinin istifadəsinə verildi

Tarix: 25-09-2018 18:13     Baxış: 2457 A- / A+
ADNSU-da Unibook birinci kurs tələbələrinin istifadəsinə verildi

Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Unibook (Elektron universitet) birinci kurs tələbələrinə təqdim edilib.

ADNSU-nun İnformasiya Texnologiyaları (İT) departamentinin direktoru Elnur Səfərli Unibook haqqında tələbələrə geniş məlumat verib. Sistemin iş prinsipi, daxili qaydaları və digər bölmələri tələbələrə izah olunub. E.Səfərli sistemin necə işlədiyi və istifadə qaydaları ilə tələbələri əyani şəkildə tanış edib. O, həmçinin qeyd edib ki, Unibook vasitəsilə tələbələr ayrı-ayrı tədris strukturları, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid bir informasiya mühitində istənilən fənn üzrə materiallar əldə edə, eləcə də hər bir müəllimin mühazirəsi və konspektləri ilə tanış ola bilərlər.

ADNSU-nun hər bir tələbəsinin fərdi olaraq portala giriş imkanına malik olduğunu vurğulayan E.Səfərli bunun üçün hər bir tələbənin xüsusi şifrəsi olduğunu və onların istədikləri zaman şifrələrini dəyişdirə və “Unibook”a daxil ola biləcəklərini deyib. O, həmçinin qeyd edib ki, tələbələr Unibook vasitəsilə istədikləri məlumatı öyrənə, laborator işlərini apara, istənilən dərs tapşrırıqlarını hazırlaya, bütün kafedralar haqqında məlumat ala və hətta anlamadıqları mövzu haqqında internet vasitəsilə müəllimlərlə əlaqə saxlaya bilərlər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, portalda universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdirilib. Dərslərin mövzusu müəllimlər tərəfindən doldurulur və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunur. Fənn proqamlarında isə keçilən fənnlər və ballar yer alır. moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar