Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda icra başçısı 300-ə yaxın it saxlayan vətəndaşı məhkəməyə verdi

Tarix: 24-09-2018 17:31     Baxış: 3284 A- / A+
Azərbaycanda icra başçısı 300-ə yaxın it saxlayan vətəndaşı məhkəməyə verdi

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı çox it saxlayan rayon sakininə qarşı iddia qaldırıb.

Başçı Gülağa İslamov Xəzər Rayon Məhkəməsinə müraciət edərək Mərdəkan qəsəbəsindəki həyətində 300-ə yaxın it saxlayan vətəndaş Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib.

G.İslamov iddia ərizəsində qeyd edib ki, bu barədə qəsəbə sakinləri İcra Hakimiyyətinə müraciət edərək itlərin ətrafda narahatlıq və antisanitar şəait yaratdığını bildiriblər.

Bununla bağlı müvafiq orqanlar E.Mansurovun həyətinə baxış keçirib, 300-dən çox it saxlanıldığını aşkar ediblər. Buna görə də həmin şəxs müəyyən olunan saydan artıq it saxladığı üçün Xəzər Rayon 1-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-cü maddəsinə (it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına) görə 200 manat cərimə olunub.

Hazırda G.İslamovun E.Mansurova qarşı iddia ərizəsində Xəzər Rayon Məhkəməsində baxılır. Prosesin ilkin hazırlıq iclası keçirilib. Baxış iclası isə sentyabrın 28-nə təyin edilib.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar