Xəbər lenti
Həmvətənlərimiz erməni səfirliyi qarşısında aksiya keçirdilər
Bu gün Ermənistanın Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
“İslahatçı Gənclər” İctimai Birliyi və Polşa Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə baş tutan aksiyada Ermənistanın işğalçılıq siyasətinə etiraz olunub. Aksiya iştirakçıları olan gənclər Azərbaycan və İngilis dillərində “Xocalıya Ədalət”, “Girovlarımızı azad et”, “Torpaqlarımızdan geri çəkil” deyə şüarlar səsləndiriblər.
Aksiyada çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, aksiyanın keçirilməsinə məqsəd Polşa və ümumilikdə Avropa ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməkdir. O, Ermənistanın 27 ildən artıqdır Azərbaycan torpaqlarını işğalda saxladığını, mülki vətəndaşlarımıza qarşı dövlət səviyyəsində terror siyasəti apardığını deyib. O vurğulayıb ki, öz ata babalarının məzarını ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 5 ildir ki, erməni girovluğundadır və ağır işgəncələrə məruz qalır.
O eyni zamanda qeyd edib ki, 2 yaşlı Zəhranın timsalında onlarla azərbaycanlı mülki və günahsız şəxs Ermənistan ordusu tərəfindən qətlə yetirilib. Ancaq beynəlxalq birlik hələ də bu baş verənlərə susur: “Beynəlxalq birlikdən Ermənistanın təcavüzkar və terrorçu siyasətinə dur deməsini tələb edirik”.
Fərid Şahbazlı vurğulayıb ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın son sərsəmləmələri bir daha sübut etdiki, terrorçuluq və işğalçılıq Ermənistanda dövlət siyasətidir: “Biz Azərbaycanlı gənclər daima Ali Baş Komandan Cənab İlham Əliyevin əmrini gözləyirik”.
Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov isə bildirib ki, Ermənistanın təcavüzkar siyasətinin, mülki şəxslərə qarşı həyata keçirdiyi insanlığıa sığmayan siyasətin durdurulması üçün Avropada müxtəlif istiqamətli aksiyalar davam etdiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar