Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatın qardaşı və qaynı ilə iş adamı arasında pul və əmlak davası: "İstintaq haqlı olduğumu sübut edib, mən..."

Tarix: 23-09-2018 21:49     Baxış: 2245 A- / A+
Deputatın qardaşı və qaynı ilə iş adamı arasında pul və əmlak davası: "İstintaq haqlı olduğumu sübut edib, mən..."

"Əsabil Qasımovdan aldığım 850 min manat borca görə 2016-cı ilin sentyabr ayından may ayına qədər 413870 dollar, yəni 703357 manat ödəmişəm. Həmin pulun 85 min manatını bank vasitəsilə "Arzu 2014” şirkətinin adı ilə "Karat Holdinq"in adına, 150 min dollar, yəni 255000 manat Vüqar Qasımova, qalanını isə taxıl formasında ödəmişəm”.

AFN xəbər verir ki, bunu iş adamı Əliyev Aslan Zeynal oğlu bildirib.

Onun bölgexeber.com-a ünvanladığı məktubda olduqca ilginc məqamlara toxunulub.

İş adamı iddia edir ki, Milli Məclisin deputatı Əsabil Qasımovun qohumları (deputatın qardaşı, qaynı) ona milyonlarla ziyan vurublar:

"1998-cildə tanışım Şahbazov Nəsif İslam oğlu ilə birlikdə şərikli olaraq Şəmkir rayonu, Dəllər kəndində un dəyirmanı tikmişəm. Dəyirmanı 2010-cu ilə qədər işlətmişik və "Seymur” MMC-nin nəzdində fəaliyyət göstərib. "Seymur” MMC rəsmi 100 faizlik təsisçilik hüququ ilə tanışım Əliyev Etibar Nəbi oğluna məxsus olub. Lakin qeyri-rəsmi qaydada "Seymur” MMC-nin 67% təsisçilik hüququ mənə və Nəsif Şahbazova məxsus olub.

2011-ci ilin noyabr ayında "Seymur” MMC-nin 60% təsisçilik hüququ tanışım Qasımov Vüqar Qarakişi oğluna 2 milyon dollara satdıq. Ancaq Vüqar Qasımov 1,5 milyon dollar verdi”.

A.Əliyev bildirib ki, 2012-ci ildə Şəmkir rayonu Mahmudlu kəndində 4 ha istixana tikmək üçün ona 1200000 ( bir milyon iki yüz min manat) pul lazım olduğu üçün V. Qasımovun qardaşı deputat Ə.Qasımovdan 850000 (səkkiz yüz əlli min manat) manat borc pul alıb: "350 min manat da özüm də var idi. Razılaşma belə idi ki, pulun qarşılığında 4 il müddətində hər il Ə.Qasımova 100.000 manat faiz, 4 il tamam olduqdan sonra isə hər il ana puldan 200.000 manat ödənməli idi.

3,7 ha ixtixana tikildi və fəaliyyət başladı. 2015-ci ilə qədər hər il hər il 100000 manat olmaq şərtilə 3 il ərzində Ə.Qasımova 300000 manat pul ödədim. Bundan sonra axırıncı il faiz pulunu ödəyə bilmədiyimə görə evimi "Bank Respublika”ya girov qoyaraq 700.000 dollar kredit götürdüm və Ə.Qasımovun qalan 100000 manatını da verdim.

2015-ci ildə Ə.Qasımovun qaynı Umudov İqdam Əliş oğlu ilə pulun qaytarılması ilə bağlı aramızda razılıq əldə olundu. Daha sonra 2016-cı ildə Ə.Qasımovla aramızda fikir ayrılıqları və mübahisələr yarandı. Borca görə Şəmkir rayonu Mahmudlu kəndində yerləşən 1, 6251, 1,9616 və 1,4107 ha torpaq sahələrimi və orada tikilmiş 4 ədəd istixananı rəsmən İqdam Umudovun mülkiyyətinə verdim və razılaşdıq. 2 il müddətinə borcu qaytarmalı idim və həmin torpaq sahələri, istixanalar yenidən mənim mülkiyyətimə verilməli idi.

2016-cı ilin sentyabr ayından 850000 manat borcdan 2017-ci ilin may ayına qədər 413870 dollar, yəni 7033579 manat ödəmişəm, həmin pulun 85 min manatını bank vasitəsilə "Arzu 2014” şirkətinin adı ilə "Karat” Holdinqin adına, 150 min dollar, yəni 255000 manat Vüqar Qasımova, qalan formasını isə taxıl formasında ödəmişəm.

Xeyli vaxtdır ki, onlarla mənim aramda məhkəmə çəkişməsi gedir. Onlar fırıldaqçılıq edərək mənim əmlaklarımı və pulumu mənsimsəyiblər. Nəzərinizə çatdırım ki, aparılan istintaq zamanı da bu öz təsdiqini tapıb”.

A.Əliyev onu da qeyd edib ki, istintaq materiallarında da öz əksini tapıb ki, mənim əməllərimdə heç bir cinayət tərkibi yoxdur, yəni mən onlara nəyisə vəd verib əmlaklarını ələ keçirmək niyyətində olmamışam: "Hər şey əksinı olub və istintaq materiallarında da bu öz əksini tapıb. Belə ki, V.Qasımov bğda təminatına görə aldığı 500000 dolları geri qaytarmadı. 40% təsisçilk hüququ 1 milyon dollar olduğu halda, bu da 1700000 manat edir, bu da 1162392 borcun müqabilində verilmişdi. Kursla hesablasaq, birinci 850 min manat, ikincidən qalan isı 537608 min manat edir.

V.Qasımova verdiyim 413870 dollar, yəni 703579 min manat, yem sexi, elevator qülləsi üçün xərclədiyim 155 815 manat, dəyirmanda qalan çuvalalrın pulunu, yəni 50 320 manat, vergiyə ödədiyi 50 000 manatdan Vüqarın öhdəsinə düşən 30 000 manat hesablasaq, nə qədər edir?

Ümumilikdə 2.327.322 manat. Mən bu pulu ondan tələb edirəm. Mən öz halal pulumu tələb edirəm, əlimdə kifayət qədər faktlar var və bu günə qədər mənim haqlı olduğum ortaya çıxıb”.

A.Əliyev əlavə edib ki, o, Azərbaycan qanunlarının aliliyinə inanır: "Mən dövlətimə güvənirəm, mənə o boyda ziyan vurublar. Onlar deputat mandatından istifadə edərək qanunları tapdalamaq istəyirlər. Ancaq ölkəmizdə gözəl qanunlar var və dövlət başçımız hər Azərbaycan vətəndaşının himayədarıdır”.

A.Əliyevin məktubda ortaya qoyduğu iddialarla bağlı, məsələnin mahiyyətinə varmağa, ittihamların nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirmək üçün deputat Ə.Qasımovla əlaqə saxlamağa çalışdıq. Çox təəssüf ki, bütün cəhdlərimiz boşa çıxdı.

Məsələ ilə bağlı deputat Ə.Qasımov və qohumlarının da mövqeyini işıqlandırmağa hazırıq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar