Xəbər lenti
Azərbaycanda vulkan püskürdü
Sentyabrın 23-də saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.
Bu barədə Manevr.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev məlumat verib.
Onun sözlərinə görə, ikinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb:
“Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb”.
Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar