Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc ataların 25 faizi psixoloji problemlərdən əziyyət çəkir

Tarix: 22-09-2018 19:44     Baxış: 3225 A- / A+
Gənc ataların 25 faizi psixoloji problemlərdən əziyyət çəkir


Doğuşdan sonra qadınların 13 faizi depressiyaya düşür. İsveç alimlərinin tədqiqatları göstərir ki, yeni ata olmuş şəxslərin 25 faizi uşaqların dünyaya gəlməsi ilə bağlı psixoloji problemlərdən əziyyət çəkir.

Manevr.az Azərtac-a istinadla xəbər verir ki, Lund Universitetinin alimləri 10 il ərzində bu məsələni öyrəniblər və sübut olunub ki, yeni ata olmuş şəxslərin dörddəbirindən çoxu depressiyadan əziyyət çəkir. Bundan əvvəl aparılmış təhlillər onların sayının 4-10 faiz olduğunu göstərmişdi, lakin yeni tədqiqatlara görə, yeni ata olmuş insanlar arasında depressiya keçirənlərin real sayı 28 faizə yaxındır.
Maraqlı fakt ondan ibarətdir ki, uşaqlar dünyaya gəldikdən sonra mənəvi cəhətdən sıxıntı çəkən ataların sayı doğuşdan sonra depressiya keçirən qadınlara nisbətən ən azı iki dəfə çoxdur. Bu cür qadınların sayı cəmi 13 faiz təşkil edir.

Lund Universitetinin alimi Eliza Psuninin sözlərinə görə, kişilərdə depressiya daha intensiv və ardıcıl şəkildə davam edir. Bu vəziyyətə düşən insanlarda qəzəb, əsəbilik, habelə süstlük müşahidə olunur.

Eliza Psuni hesab edir ki, kişilər ailədə münaqişələrlə qarşılaşaraq, yeni ata vəzifəsini gündəlik işi ilə uzlaşdırmalı olur. Bu səbəbdən kişinin əsəb sistemi tab gətirməyə bilər. Bundan başqa, uşaq doğulduqdan sonra atalarda yaranan depressiya qadınlarda olduğundan daha fərqlidir. Qadınlarda depressiya bədəndəki dəyişikliklə, döş nahiyəsindəki ağrı hissi ilə, həmçinin ilk aylar körpənin ağlamasından yaranan əsəbiliklə bağlıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar