Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hər il 3 milyon insanı ÖLDÜRƏN "QATİL"

Tarix: 22-09-2018 10:47     Baxış: 3238 A- / A+
Hər il 3 milyon insanı ÖLDÜRƏN "QATİL"

Dünyada hər 20 ölüm halının biri alkoqol istehlakı ilə əlaqədar baş verir.

Azərtac xəbər verir ki, bu məlumat Dünya Səhiyyə Təşkilatının (DST) sentyabrın 21-də açıqladığı hesabatda yer alıb. Hesabatda qeyd edilir ki, alkoqol istehlakı hər il dünyada üç milyondan çox insanın həyatına son qoyur. Bu göstərici isə QİÇS, zorakılıq və nəqliyyat qəzaları nəticəsində baş verən ölüm hallarının cəmindən daha çoxdur. Alkoqolla əlaqəli ölənlərin dörddə üç hissəsi kişilərdir.

DST-nin baş direktoru Tedros Adhanom bildirib ki, çoxlu sayda insanlar, ailələr, eləcə də bütöv icmalar alkoqoldan sui-istifadənin müxtəlif fəsadlarından (zorakılıq, müxtəlif xəsarətlər, psixi problemlər, xərçəng və insult kimi xəstəliklər) əziyyət çəkir.

Ümumilikdə 500 səhifəlik hesabatda iki yüzdən çox xəstəliyin birbaşa və ya dolayı yolla alkoqol istehlakı ilə bağlı olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, həddən artıq spirtli içki qəbulu insanların immun sistemini zəiflədərək, onların asanlıqla vərəm, QİÇS, ağciyər iltihabı və digər xəstəliklərə tutulmasına yol açır. 2016-cı ilin statistikası əsasında hazırlanmış hesabatda spirtli içkilərə görə dünyasını dəyişən insanların sayının ümumi ölüm hallarının 5,3 faizini təşkil etdiyi bildirilib.

Bununla belə beynəlxalq təşkilat alkoqol istehlakında azalmanın də müşahidə olunduğunu açıqlayıb. Belə ki, 2012-ci ildə dünyada 3,3 milyon insan alkoqol istehlakından vəfat etdiyi halda, 2016-cı ildə bu göstərici 3 milyon nəfərə düşüb. Bu müsbət tendensiyanın davam etməsi üçün ciddi addımlar atılmalıdır.
Təşkilatın açıqlamasına görə, dünyada 2,3 milyard insan spirtli içki istehlak edir. Qitələr arasında ən çox alkoqol Avropada qəbul edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar