Sizin Reklam Burada
Xəbər lenti
24-01-2025
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Bizə dərman verildiyi üçün halsız idik…”

Tarix: 21-09-2018 18:55     Baxış: 2205 A- / A+
“Bizə dərman verildiyi üçün halsız idik…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib.

Manevr.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə zərərçəkmişlər ifadə verib.

Arzu Rzayev deyib ki, ağciyər xəstəsi olan oğlu Əkbəri hadisədən iki gün əvvəl ora yerləşdiriblər və yanğın nəticəsində vəfat edib: “Oğlum işləyirdi, ora 10 günlük getmişdi. Beş aylıq uşağı vardı”.

Əsgərxan Ələkbərovun oğlu İsmayılı narkotik aludəçisi olduğu üçün fevralın 26-da mərkəzə yerləşdirilib və martın 2-dəki hadisədə vəfat edib.

Elşən Hüsyenov isə yanğın vaxtı orada müalicə alan xəstədir: “Mən 6-cı palatada Elnurla qalırdım, məni də o oyatdı. Bizə dərman verildiyi üçün halsız idik. Eşitmişdim ki, həmin gecə də Məhəmməd dərman istəyib, amma vermədikləri üçün hay-küy salıb”.

Proses sentyabrın 28-də davam etdiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar